Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-448/2024 31.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələrilə tərtib olunmuş Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 şikayət ərizəsilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1ci və 333-1.1-ci maddələrilə tərtib olunmuş Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilib barəsində inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o “Şah market”-in yanındakı çay evində oturan zaman Quba rayon X2 çölə çıxararaq Polis Şöbəsinə aparmışlar. Şöbədə onu dindirən zaman onun “VAZ 21074” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən - təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İXM-nin 329.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə barəsində 600 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edildiyini bildirmişdilər. Lakin o qeyd edilən inzibati xətanı törətmədiyi üçün barəsində tərtib edilmiş Qərarla razılaşmır, hesab edir ki, qərar ədalətsiz qəbul edilmişdir. Onuda qeyd edir ki, o çay evində oturan zaman Polis Əməkdaşları onu çay evindən çölə çağıraraq heç bir səbəb olmadan şöbəyə aparmış və onun spirtli içki qəbul etdiyini iddia etmişlər. Onu müayinə emişlər və spirtli içki qəbul etmədiyi məlum olduqda isə qərəzli yanaşılaraq narkotik vasitədən istifadə etdiyini idda etmişlər. Həmçinin onu da qeyd etmək istəyir ki, qərarda qeyd edilən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyi barədə heç bir video və yaxud fotoşəkil ona təqdim olunmamışdır və o qeyd edilən hərəkətlərin heç birini törətməmişdir. Ona görə də hesab edir ki, barəsində tərtib edilmiş qərar ləğv edilməli və işə obyektiv yanaşılmalıdır. O qeyd edilən qərarla razılaşmır, qərar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, narkotik istifadəsinə görə İnzibati Xətaların 206-cı maddəsilə 15 gün həbs olunub. Evdə anası, atası və iki övladı var, anası şəkər xəstəsidir. Köhnə bir maşını var və maşının 1500 dəyəri belə yoxdur. Taksi kimi fəliyyət göstərir, ailəsini onunla təmin edir. Bu qərarla ona 600 manat cərimə yazılmış və cəriməni ödəməyə maddi imkanı yoxdur. Qeyd etmişdir ki, şöbəyə aparılan gün o narkotik istifadə etməmişdir və qeyd edilən qərarın ləğv edilməsini, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, ilkin protokolu o tərtib etmiş, belə ki, Əzizov Şahin təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş və avtomobil daha sonra dayanmış vəziyyətdə aşkar edilməklə sürücü inzibati məsuliyyətə cəlb olunması üçün dəvət olunmuşdur. Sonra o müayinə edilmiş və narkotikdən istifadə etdiyi məlum olmuşdur. Məhkəmə, şikayət verən şəxsin izahatını, şahidin ifadəini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333- 1.1-ci maddələrilə tərtib olunmuş Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X7 600 manat cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3-415/2024 saylı qərarından göründüyü kimi, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan göründüyü kimi, xx.xx.2024-cü il tarixli, 63 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”da X5 narkotik test müayinəsi nəticəsində narkotik vasitə marixuana qəbul etdiyi aşkar olunmuş və yüngül dərəcə sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Göründüyü kimi, Ş.Əzizovun texniki vasitədən istifadə edildikdən sonrakı tibbi müayinəsi müayinəsi nəticəsində narkotik vasitə marixuana qəbul etdiyi aşkar olunmuş və yüngül dərəcə sərxoşluq müəyyən edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X5 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələrilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* qərarın ləğv edilməsi barədə X5 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-448/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-448/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver