Məhkəmə qərarları › İş №3(027)-45/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-45/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-45/2024 09.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12, İş üzrə tələbkar X1, vəkili Vəkil1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Vəkil2 iştirakı ilə, xx.xx.1995-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx orta təhsilli, işləməyən, Quba rayonu, Küsnətqazma kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 06 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, borclu Quba rayonu, Küsnətqazma kəndində yaşayan Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 16(027)-107/2023 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X14 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli 16(027)- 107/2023 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin olunmamışdır. Quba Rayon Məhkəməsinin icraatında olan 2(027)-46/2023 saylı mülki işə mahiyyəti üzrə baxılanadək, X2 Quba rayonu Qımıl- Qazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli qərarı ilə verilmiş X4 ilə Quba rayonu Qımıl-Qazma bələdiyyəsi arasında bağlanmış 15 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qımıl-Qazma kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalı, həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılması, torpaq sahəsinin yararsız hala salınması, torpaq sahəsinin hasarlarının sökülməsi, torpaq sahəsinin hasarlanması, torpaq sahəsindən istifadə edilməsi, torpaq sahəsi üzərində hər hansı hərəkətlərin edilməsi borclu Muradov Həmid oğluna və digər şəxslərə qadağan edilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Məlumat üçün bildirir ki,borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədində qeyd edilmiş Quba rayonu Qımıl-Qazma kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsində tikinti işləri aparmışdır. Bu gün də Quba rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq,bu barədə izahatı alınmış və izahatında tikinti işləri aparmasını təsdiq etsə də, ancaq heç bir əsası olmadan apardığı tikinti işlərini öz həyətyanı torpaq sahəsində olduğunu qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o icra sənədinin icra etməkdən yayınmır, lakin buna baxmayaraq mübahisəli torpaq sahəsində əvvəllər tikinti işi aparsa da, icra məmurunun xəbərdarlığından və qərardadı aldıqdan sonra işi saxlamışdır. Hazırda orda iş getmir, tələbkarın vəkilinin təqdim etdiyi videogörüntülər isə icra məmurunun xəbərdarlığından əvvəl çəkilib. Onun sonradan tikinti işləri apardığı ərazi atasına məxsus olan ərazidir, o hissənin tələbkara heç bir aidiyyəti yoxdur. Odur ki, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclunun vəkili Vəkil2 məhkəməyə vəsatətlə müraciət edərək izahatında bildirmişdir ki, icra məmurunun icra hərəkətlərini həyata keçirməli olduğu torpaq sahəsi, yəni, X5 ilə Quba rayonu, Qımıl-qazma bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Qımıl-qazma kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi Qımıl-qazma ərazisinin tamamilə digər hissəsində yerləşir. Lakin, Şəxs tikinti işi apardığı torpaq sahəsi isə, JN - 114A nömrəli, KOD 30317028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən, onun atası X7 və onun digər ailə üzvlərinin birgə mülkiyyətində olan 114A nömrəli torpaq sahəsinin koordinatlarının hüdudları daxilindədir. Qeyd edilən torpaq sahələri ilə bağlı hazırda inzibati məhkəmədə icraat davam edir. Əlavə edərək həmin iş üzrə icraatda ekspertiza rəyinin artıq mövcud olduğunu bidiumişdir. Məhkəmə iclasında icra işi üzrə tələbkar X6 izahatında bildirmişdir ki, Şəxs ilə aralarında mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. Şəxs icra məmurunun xəbərdarlığına baxmayaraq bilə-bilə həmin ərazidə tikinti işləri apardığını bildirmişdir. İcra məmuru 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssis çağırmış, mütəxəssis icra məmurunun iştirakı ilə həbs qoyulan ərazini ölçmüş, bir neçə gündən sonra mütəxəssis rəyi gəlmişdir. Yenə də icra məmuru Şəxs mütəxəssisin göstərdiyi torpaq sahəsində tikinti işlərinin dayandırmağı bildirsə də, icra məmurunun tələblərini qəsdən icra etməmişdir. Məhkəmə iclasında icra işi üzrə tələbkarın vəkili Vəkil1 tələbkarın izahatına uyğun izahat verərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ilə əlaqədar ekspertiza təyin edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə ekspertizanın nəticəsilə bağlı hüquqi qiymət verilmişdir. Yenidən ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Ona görə də inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsində və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hərəkətlərlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(027)- 107/2023 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri ərizəsi təmin olunmuş, Quba Rayon Məhkəməsinin icraatında olan 2(027)-46/2023 saylı m mahiyyəti üzrə baxılanadək, X2 Quba rayonu Qımıl-Qazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli qərarı ilə verilmiş X4 ilə Quba rayonu Qımıl-Qazma bələ arasında bağlanmış 15 avqust 2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Quba rayonu Qımıl-Qazma kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərinə həbs qoyulması, həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılması, torpaq sahəsinin yararsız hala salınması, torpaq sahəsinin hasarlanmasının sökülməsi, torpaq sahəsinin hasarlanması, torpaq sahəsindən istifadə edilməsi torpaq sahəsi üzərində hər hansı hərəkətlərin edilməsi cavabdeh Muradov Mührəli oğluna və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(027)-107/2023 saylı icra sənədi xx.xx.2023-cü il tarixində icra məmuru Rauf Quliyevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmiş və o bildirişi həmin tarixdə imzası ilə təsdiq edərək qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məhkəmə qərarını icra etmək məqsədi ilə icra məmuru tərəflərlə birgə mübahisə olunan ərazidə olmuşdur. Həmin torpaq sahəsinin ölçülməsi və icra vərəqəsində qeyd olunan torpaq sahəsi olub-olmamasını müəyyən etmək üçün mütəxəssis dəvət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, idarənin mütəxəssisi tərəfindən məktubda göstərilən daşınmaz əmlaka baxış keçirilmiş və məlum olmuşdir ki, mübahisəli ərazi Quba rayonu, Qəçrəş Bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxemdə koordinatlara əsasən X3 ayrılmış 0,12 ha torpaq sahəsi üzərində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, məhkəmənin icraatında olan mülki iş üzrə (2-1(118)-528/2023) iddiaçı X8 və ailə üzvlərinə aid JN-114A nömrəli, KOD 30317028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.08 ha torpaq sahəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin daxilində yerləşir, mübahisə predmeti deyildir. Lakin iddiaçı tərəfindən istifadə olunan digər torpaq sahəsi (mübahisəli torpaq sahəsi) Quba rayonu Qəçrəş bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxemə əsasən Zərərçəkmiş şəxs ayrılmış 0.12 ha torpaq sahəsilə üst-üstə düşür. Həmin torpaq sahəsi bələdiyyənin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə Zərərçəkmiş şəxs satılmışdır. Sözü gedən mübahisəli ərazi Quba rayonu, Qımılqazma (Qəçrəş) bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxemdə koordinatlara əsasən X3 ayrılmış 0,12 ha torpaq sahəsi üzərində yerləşir və iddiaçı tərəfindən istifadə olunur. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2348/2023 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-613/2023 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 3(027)-2348/2023 nömrəli qərarından tələbkar X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Quba Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 3(027)- 2348/2023 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Quba Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, tələbkarın vəkili tərəfindən həmin dövr üçün təqdim olunmuş fotoşəkillərdən də göründüyü kimi, müəyyən zaman fasilələrilə çəkilmiş görüntülərdə ərazidə olan mişar daşlarından ibarək hörgünün hündürlüyünün mütəmadi olaraq artdığı müəyyən olunur. Göründüyü kimi, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs mübahisəli ərazidə müvafiq işlərin aparılmasını dayandırılması tələb etməsinə ibaxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və “Vətən müharibəsi” iştirakçısı olması məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar