Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-451/2022 18.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə X1 və Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 18.04.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayət ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regiona Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 aprel 2022-ci tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən tərtib olunmuş 18 aprel 2022-ci il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 271-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda onun Quba rayonu, Hacəhüseynli bələdiyyəsinin sədri kimi guya Quba rayonu, Hacıhüseynli bələdiyyəsi ərazisində Hacıhüseynli-Qımıl-Qışlaq kənd yolunun sağ tərəfində 400-500 kv.m-lik ərazidə bərk məişət tullantıları qanunsuz olaraq pərakəndə şəkildə qalaqlanması əsası ilə vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci madddəsi ilə məsuliyyətə cəlb edilməli olduğu qeyd edilmişdir. Həmin protokol əsasında da 18 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən 2500 manat məbləğində cərimə olunmuşdur. Qərarı 22 aprel 2022-ci il tarixdə rəsmi qaydada almışdır. O, qeyd edilən protokol və qərarla aşağıda göstərdiyi əsaslara görə razılaşmır: 05 aprel 2022-ci il tarixli, MN ******* saylı protokolda və həmin protokol əsasında qəbul edilən qərarda qeyd olunur ki, Quba rayonu, Hacıhüseynli bələdiyyəsi ərzisində Hacıhüseynli- Qımıl-qışlaq kənd yolunun sağ tərəfində 400-500 kv.m-lik ərazidə bərk məişət tullantıları qanunsuz olaraq pərakəndə şəkildə qalaqlanmışdır. Quba rayonu, Hacıhüseynli kəndi ərazisində əhali tərəfindən məişət tullantılarının qalaqlanması özlüyündə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti olmağım anlamına gəlmir. Azərbaycan Respublikasının qanunvericiliyinin hər hansı müddəasında məişət tullantılarının daşınmasının, qalaqlanmasının, eləcə də bu sahədə fəaliyyətin sırf bələdiyyələrin səlahiyyətinə aid olması qeyd edilməmişdir. Onun barəsində qərar qəbul edən orqan tərəfindən tərtib edilmiş 05 aprel 2022-ci il tarixli aktda adları qeyd edilmiş qanunvericilik normalarının heç birində də bələdiyyələrin məişət tullantıları sahəsindəki fəaliyyəti həmin tullantıların daşınması, məhv edilməsi və s-dən ibarət deyildir. Onun inzibati xəta haqqında qərarda qeyd edilmiş ərazidə məişət tullantılarının qalaqlanmasında hər hansı təqsiri olmamaqla yanaşı, vəzifələri sırasında məişət tullantılarının daşınması və məhv edilməsi ilə bağlı hər hansı müddəa, eləcə də bələdiyyələrə qanunvericiliklə də bu səlahiyyət verilmədiyindən, bununla bağlı bələdiyyələrin nə hüquqi bazası, nə maliyyə vəsaitləri olmadığından, eləcə də Quba rayonu, Hacıhüseynli bələdiyyəsi olaraq bələdiyyə torpalarının məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması üçün müntəzəm tədbirlər gördüklərini, əhali arasında bununla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərə alaraq və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, eləcə də qərarda və protokolda qeyd edilən ərazinin bələdiyyə torpaqlarına aid olubolmaması ilə bağlı heç bir sübut olmadığından hazırki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X5 şikayət ərizəsindı yazılnalara uyğyun izahat verərək şikayətin təmin olunmasını, 05 aprel 2022-c tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən tərtib olunmuş 18 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati qaydada qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 oğlu şikayəti qəbul etməyərək göstərmişdir ki, reyd zamanı zibillərin qalaqlanması müəyyən olunmuş, bu barədə şifahi xəbərdarlıq olunmuş, nəticəsi olmamışdır. 05 aprel 2021-ci il tarixdə fakt müəyyən olunmuşdur. Bələdiyyələr haqqında qanunun 6-cı maddəsinə əsasən bu vəzifə bələdiyyə sədrinə aiddir. Azər Kamilov tərtib olunan protokola imza etməkdən imtina etmiş, qərarı isə almışdır. Şikayəti əsassız hesab edir, rədd olunmasını xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 18.04.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materialında olan Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 MN ******* saylı, 18 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçimüfəttişi Məmmədov Cavid Abdulla oğlunun MN ******* saylı, 05 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Quba rayonu, Hacıhüseynli bələdiyyəsi ərazisində Qımıl-Qışlaq kənd yolunun sağ tərəfində 400-500 kv.m ərazidə bərk məişət tullantıları qanunsuz olaraq pərakəndə şəkildə qalaqlanmışdır. Nəticədə vəzifəli şəxs X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt 05.04.2022-ci il tarixli 67551 saylı akt və ərazidən yerində çəkilmiş fotoşəkillər ilə təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Ətraf Mühitin Mühafizəsi haqqında“ Məcbur Göstərişdən görünür ki, Quba rayonu Hacıhüseynli bələdiyyəsinə daxil olan Hacıhüseynli kəndi ərazisində, mövcud kanalın üzərindən keçən körpüdən 150 metr məsafədə, Hacıhüseynli kəndindən Qımılqışlaq kəndinə gedən torpaq yolun sağ tərəfində 70-80 metr uzunluqda məsafə boyunca təqribən 400-500 m ərazidə bərk məişət və plastik tullantıları pərakəndə şəkildə qalaqlanmaqla məişət tullantıların qalaqlanması qaydaları pozulması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçimüfəttişi X4 tərəfindən X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 05.04.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 MN ******* saylı, 18 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regiona Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 aprel 2022-ci tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən tərtib olunmuş 18 aprel 2022-ci il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 271-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında X3 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 aprel 2022-ci tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən tərtib olunmuş 18 aprel 2022-ci il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 271-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında X3 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-451/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-451/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver