Məhkəmə qərarları › İş №3(027)-454/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-454/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-454/2022 05.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Protokol tərtib edən X1, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, Şəxs barəsində Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1756 nömrəli, 16.07.2021-ci il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X3 göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1756 nömrəli, 16.07.2021-ci il tarixli icra sənədini icra etməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, məhkəmə qətnaməsini icra etməkdən imtina etmir.Maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Hazırda yay fəsli gəlir və o, işləyib tez bir zamanda borcunu ödəyəcəkdir. Tələbkar ilə razılığa gəlmişlər. Məhkəmədə zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs ilə razılığa gəlmişlər və məhkəmədən onun barəsində inzibati tənbeh verməmək barədə qərar qəbul edlməsini xahiş etdi. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-454/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, qətnamədə göstərilən əmlakların dəyərinin göstərilmədiyini, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanmış 3(027)-454/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-454/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar