Məhkəmə qərarları › İş №3(027)-455/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-455/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-455/2021 07.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Protokol tərtib edən X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Quba rayonunda anadan olmuş, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsinin 01.10.2013-cü il tarixli 2(027)-1057/2013 nömrəli, 28.02.2020-ci il tarixli 2(027)-498/2020 nömrəli icra sənədini tam icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X6 göstərdi ki, Quba Rayon Məhkəməsinin 01.10.2013-cü il tarixli 2(027)-1057/2013 nömrəli “icra vərəqəsi”-nə əsasən 14.05.2008-ci il təvəllüdlü X3 və 23.07.201 Q-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 23.07.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment alınaraq Babayeva (Həmidova) Təranə Eynulla qızına verilməlidir. Həmçinin Quba Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(027)-498/2020 saylı icra sənədinə əsasən 14.05.2008-ci il təvəllüdlü X3 və 23.07.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 01.10.2013-cü il tarixli, 2(027)- 1057/2013 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırki qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq borclu Şəxs hər uşağa görə hər ay 120 manat olmaqla, 2 uşağa görə hər ay cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X2 verilməlidir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir, ış üzrə bu günkü tarixə qədər tələbkarın xeyrinə cəmi 9003 manat ödəniş olunmuşdur. Hal-hazırda 3837 manat məbləğində aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun bu günə X2 3837 manat məbləğində aliment borcu yaranmışdır, iş yeri olmadığına görə ödəyə bilməmişdir. Alimenti ödəməkdən imtina etmir, lakin maddi imkanı olmadığına görə alimentin hamısını birdən ödəyə bilmir. Yaxın vaxtda aliment üzrə borcunu ödəyəcək.Əlavə olaraq bildirdi ki, başqa nikahdan da iki övladı var. Qərar qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-455/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, Şəxs aliment üzrə 9003 manat ödəniş etməsini nəzərə alaraq, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-455/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-455/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar