Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-455/2024 23.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Şəxs barəsində Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Quba Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X3 tərəfindən Azərbaycan Respulikası İXM-nin 510-cu maddəsi ilə 22 may 2024-cü il tarixli MN 1603567-2605 №li və Quba Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X4 tərəfindən 157-ci maddəsi ilə 23 may 2024-cü il tarixli inzibati xəta haqqında MN 1603621-2608№li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs 20 may 2024-cü il tarixdə həyat yoldaşı X1 döymüş, 22 may 2024-cü il tarixdə saat 20:00-radələrində Quba RPŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək xidməti iş rejimi fəaliyyətini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-455/2024 №li, 3(027)-456/2024 №li iş bir icraatda 3(027)-456/2024 nömrə ilə birləşdirilərək icraata qəbul edilməli və tərəflərin iştirakı ilə dərhal baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)- 455/2024 №li, 3(027)-456/2024 iş bir icraatda 3(027)-456/2024 nömrə ilə birləşdirilərək icraata qəbul edilsin və tərəflərin iştirakı ilə dərhal baxılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-455/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-455/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver