Məhkəmə qərarları › İş №3(027)-456/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-456/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-456/2022 19.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X5 iştirakı ilə, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi Zaur Fərzəliyevin MN ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi Zaur Fərzəliyevin MN ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1.500 manat cərimə edilmişdir. X6 şikayət ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X6 barəsində tərtib edilmiş bildirdi ki, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi Zaur Fərzəliyevin MN ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ədalətsiz olduğu üçün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X6 şikayətində göstəmişdi ki, 31 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin əməkdaşları tərəfindən barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda onun guya 31 mart 2022-ci il tarixdə, saat 14:30 radələrində Quba şəhəri, 25-ci məhəllə (Vaqif küçəsi) ünvanında fəaliyyət göstərən “Aynur” şirniyyat sexində yoxlama zamanı sexin anbarında yerləşən soyuducuda yararlılıq müddəti bitmiş 2 ədəd qatılşadırılmış süd və 1 ədəd pudingin aşkarlanması, sanitar qovşağın bir başa istehsal sahəsinə açılması aşkar olunması əsası ilə vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.2-ci madddələri ilə məsuliyyətə cəlb edilməli olduğu qeyd edilmişdir. Həmin protokol əsasında da 08 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən 1500 manat məbləğində cərimə olunmuşdur. Qərarı 22 aprel 2022-ci il tarixdə rəsmi qaydada alıb. O qeyd edilən protokol və qərarla aşağıda göstərdiyim əsaslara görə razılaşmır: 31 mart 2022-ci il tarixli, MN ******* saylı protokolda və həmin protokol əsasında qəbul edilən qərarda qeyd olunur ki, Quba şəhəri, 25-ci məhəllə (Vaqif küçəsi) ünvanında fəaliyyət göstərən “Aynur” şirniyyat sexində yoxlama zamanı sexin anbarında yerləşən soyuducuda yararlılıq müddəti bitmiş 2 ədəd qablaşdırılmış süd və 1 ədəd puding aşkarlanmışdır. O, qeyd edir ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən “Aynur” şirniyyat sexində həyata keçirilən yoxlama planlı yoxlama olmuş və bununla bağlı ona qabaqcadan məlumat verilmişdir. İnandırıcı deyildir ki, yoxlama aparılmasını bilən hər hansı sahibkar yararlılıq müddəti bitən məhsulları öz obyektində saxlayaraq özü-özünü cərimə etdirsin. Yoxlama zamanı adı yuxarıda qeyd edilən məhsulların aşkar edilməsi onun özü üçün də gözlənilməz olmuş, çünki o bir sahibkar olaraq hər zaman istehlakçıların mənafeyini gözləməyə və qanunvericiliyin tələblərini yerinə yetirməyə maraqlı olub. Hardan gəldiyi bəlli olmayan yuxarıda adı çəkilən məhsulların ona məxsus şirniyyat sexində aşkar olunması isə özlüyündə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinin tərkibini yaratmır və o demək deyildir ki, o saxlama müddəti ötmüş məhsulların satışı ilə məşğul olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində saxlama müddəti ötmüş məhsulların satılması inzibati xətanın tərkibini yaradır. “Aynur” şirniyyat sexi mağaza deyildir ki, orada qablaşdırılmış süd və ya puding satılsın. Sexin əsas fəaliyyət istiqaməti tort məhsullarının satışıdır. Onun barəsində qərar qəbul edən orqan ilk öncə onun istehlakçıların hüquqlarını pozub onlara saxlama müddəti keçmiş məhsulları satmağını sübut etməli idi ki, daha sonra onun barəsində qərar qəbul etsin. Bunun yeganə sübut yolu isə “Aynur" şirniyyat sexində istehsal olunan tort məhsullarından nümunələrin götürülüb müvafiq labaratoriyaya və ya ekspertizaya göndərilməsi, xüsusi biliyə malik şəxsin və ya şəxslərin müvafiq rəyi olduqdan sonra isə mənim barəsində qərar qəbul etməkləri ilə mümkün ola bilərdi. Lakin göründüyü kimi barəsində inzibati araşdırma aparılaraq qərar qəbul edilərkən hər hansı laboratoriya nəticələrinə və ya ekspert rəyinə istinad edilməmişdir. Eyni zamanda ona məxsus sexdə aşkar edildiyi iddia edilən məhsullar qapaqları açılmamış və ya qablaşması pozulmamış vəziyyətdə olmuş və onların açılaraq hər hansı şirniyyat məhsulunun hazırlanmasında istifadə olunması da təsdiq olunmur. Bununla da onun inzibati xəta törətməkdə təqsirli olmağı sübut edilməmişdir. Hətta qərar qəbul edən orqan barəsində inzibati xəta haqqında protokol tərtib edərkən də qanunvericiliy tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, 31 mart 2022-ci il tarixli, MN 125774 saylı protokolda onun nə imzası, nə də izahatı yoxdur. Eyni zamanda protokolı imza etməkdən imtina etməklə bağlı da hər hansı qeyd yoxdur. Bildirmək istəyir ki, X2 əməkdaşları protokolu onun yanımda deyil, ofislərində tərtib etmiş və protokolda özləri bir daha qeyd edirlər ki, həmin protokolu poçt vasitəsilə ona göndərmişlər. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilməlidir), 100.1.7-ci (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında prokotlda göstərilməlidir); 100.4-cü (protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur) maddələrinin tələbləri pozulmuşdur. Ona protokolun surəti, eyni zamanda yoxlama materiallarına baxılmasına dair bildirişin surəti 11 aprel 2022-ci il tarixdə çatdırılmış və iş materilları ilə tanış olarkən ona məlum olmuşdur ki, 08 aprel 2022-ci il tarixdə yoxlama materiallarına baxılması, eyni zamanda inzibati xətaya dair işə baxılması ilə bağlı iclaslar olmuş və ohəmin iclasların yeri və zamanı barədə vaxtından sonra, yəni 11 aprel 2022-ci il tarixdə məlumatlandırılmışdır. Bundan başqa, Qida X1 Regional Bölməsi tərəfindən ona poçt vasitəsilə göndərilmiş məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar və malların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərardan da göründüyü kimi Agentlik qanunvericiliyin tələbləri çərçivəsində hərəkət etməmişdir. Belə ki, o ümumiyyətlə, sexdə qablaşdırılmış süt və ya puding satmır. Satmadığı məhsulların satışının ona qadağan olunmasının səbəbini anlamaqda çətinlik çəkir. Digər tərəfdən guya ona məxsus sexdə aşkar olunduğu iddia edilən 2 ədəd qablaşdırılmış südün və bir ədəd pudingin məhv edilməsi barədə qərar qəbul edilsə də, bununla bağlı hər hansı ekspertizanın keçirilməsi və laboratoriya müayinəsinin keçirilməsi mövcud olmamışdır. Agentlik öz hərəkərinin qanuniliyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 2017-ci il tarixli, 542 saylı Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydasının 5.1 -ci maddəsi ilə əsaslandırmağa çalışsalar da, elə həmin maddənin özündə imperativ norma kimi qeyd olunur ki, birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi isə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir. Qanunun 16-cı maddəsinə əsasən isə istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. İstifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. Yuxarıda sadaladığı qanunvericilk pozuntuları özü bir daha təsdiq edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.2-ci maddələri ilə qərar qəbul edilərkən qərar qəbul edən orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsində nəzərdə tutulmuş hallar yoxlanılmamışdır. O, yuxanda qeyd edilən inzibati xətaların heç birini törətməyib. Onun fəaliyyətinə rəhbərlik etdiyi sex, ümumiyyətlə, onu müəssisəsində aşkar edidliyi iddia edilən qablaşdırılmış süd və ya puding məhsullarının satışı ilə məğul deyildir. Həmin məhsulların saxlama anbarındakı soyuducuya hansı qaydada və kimlər tərəfindən qoyulmasından onun heç bir məlumatı yoxdur. Eyni zamanda onun qanunvericiliyin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hansı tələblərini pozduğu da müəmmadır. Göründüyü kimi, onun əməlində inzibati xətanın tərkibi yoxdur və onun təqsirliliyini qeyd etmək üçün Qida Təhlükəsizliyi agentliyi qanuna zidd əldə edilmiş sübutlardan istifadə edir. Bu hal isə iş üzrə icraata xitam verilməsinin əsaslarına aiddir.Barəsində Azərbaycan Respublikası Qida X1 regional bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Qida X1 regional bölməsinin rəisi Zaur Fərzəliyev tərəfindən tərtib olunmuş 08 aprel 2022-ci il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati qaydada cərimə olunmağım barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi Zaur Fərzəliyevin MN ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, İş materialında olan Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli, MN ******* nömrəli, inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, 31.03.2022-ci il tarixdə saat 14:30-da Quba şəhəri 25-ci məhəllə, Vaqif küçəsində fəaliyyət göstərən “Aynur” şirniyyat sexində yoxlama zamanı, sexin anbarında yerləşən soyuducuda yararlılıq müddəti bitmiş 2 ədəd qatılşadırılmış süd və 1 ədəd pudingin aşkarlanması səbəbindən vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikasının İXMnin 447.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi Zaur Fərzəliyevin MN ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1.500 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, 31.03.2022-ci il tarixdə saat 14:30-da Quba şəhəri 25-ci məhəllə, Vaqif küçəsində fəaliyyət göstərən “Aynur” şirniyyat sexində Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı, sexin anbarında yerləşən soyuducuda yararlılıq müddəti bitmiş 2 ədəd qatılşadırılmış süd və 1 ədəd pudingin aşkarlanması səbəbindən, vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 447.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi Zaur Fərzəliyevin MN ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs X6 Azərbaycan Respublikasının İXM-nin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1.500 manat cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi Zaur Fərzəliyevin MN ******* nömrəli, 31 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin rəisi Zaur Fərzəliyevin MN ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar