Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-457/2022 18.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs Baba oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1994-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 11.02.2022-ci il tarixdə, saat 02 radələrində Quba rayonu, Çiçi kənd sakini Zərərçəkmiş şəxs Baba oğlunun yaşayış olmayan evinin çardağındakı anbrada 20 manat dəyərində şirli qazanı oğurlamışdır. Ona görə də Quba RPŞ-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 06.05.2022-ci il tarixli, MN 1327484-890 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X4 bildirdi ki, Şəxs barəsində onun yaşadığı kənd sakinləri tərəfindən çox sayda xırda talama ilə bağlı şikayətlər daxil olmuş sonradan həmin şəxslərin barışıq ərizələrinə əsasən inzibati xəta haqqında icraata xitam verilmişdir. Lakin hazırki icraat üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmədiyindən Şəxs barəsində protokol tərtib edilmişdir. İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edir, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 11.02.2022-ci il tarixdə heç bir oğurluq hadisəsi törətməmiş, onun 20 manatlıq qazan oğurlamağa ehtiyacı yoxdur. Sahə müvəkkili Mətin Kərimov ona iki ədəd boş kağıza imza etdirmişdir. Qeyd edir ki, mart ayının 10-da tutulmuşdur. Barəsində inzibati protokolda yazılanlarla razı deyildir. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Baba oğlu izahatında göstərmişdir ki, o, Şəxs 2022-ci ilin fevral ayında onun yaşayış olmayan evinin çardağındakı anbradan 20 manat dəyərində şirli qazanı oğurlamışdır. Novruz bayramında Elnur anası ilə danışarkən telefonda içkili vəziyyətdə oğurluq etdiyini etiraf etmişdir. Şəxs ilə barışmamış, onun barəsinə qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Polis X3 təhqiqatçısı, polis mayoru X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 mart 2022-ci il tarixli qərarından görünür ki, naməlum şəxs 09 fevral 2022-ci il tarixdə saat 10 radələrindən 19 mart 2022-ci il saat 12:30 radələrindək olan müddət ərzində Quba rayonu, Çiçi kəndində yerləşən Zərərçəkmiş şəxs Baba oğluna məxsus evin həyətindəki çardaqda olan anbar otağın qıfılının dəmirini sındırmaqla anbara daxil olub dəmir qazanı və içindəki ərzaq məhsullarını oğurlamaqla Zərərçəkmiş şəxs 30 manat dəyərində maddi ziyan vurmuşdur. Cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, hadisəni törədən naməlum şəxsin tapılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-ninİTBnə (İctimai-Təhlükəzlik Bölməsinə) göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh təbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini yünülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xəta haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Törətdiyi inzibati xətanın xarakterini, onun törədilməsi hallarını, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati xətanın törədilməsi zaman qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyası həddində yəni 200 (iki yüz) saat ictimai işlər tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1.maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati qaydada 200 (iki yüz) saat ictimai işlər tətbiq olunsun. Şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-457/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-457/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver