Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-457/2024 05.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 şikayət ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin qərar üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 may 2024cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, o, ailə üzvlərilə birlikdə Quba rayonu, Zərdabi qəsəbəsində yaşayır. Yaşadığı evin qarşısında yol kənarında bir ədəd qoz ağacı olmuş, təxminən 2-3 il əvvəldən həmin ağac tədricən qurumağa başlamış və yuxarı budaqları tam qurumuşdur. Həmin ağac quruduğundan onun budaqlarının sınaraq evin üzərinə düşmə təhlükəsi yaranmışdır. Buna baxmayaraq, heç bir aidiyyəti qurum tərəfindən həmin ağacın qurumuş budaqlarının kəsilməsi təmin edilməmişdir. Bu səbəbdən də, 2023-cü ilin dekabr ayında həmin ağacın təxminən 2-3 metr yuxarı hissəsindən qurumuş budaqlarını kəsmişdir. Bununla bağlı Quba RPŞ-də araşdırma aparılarkən də o, bu barədə öz izahatında qoz ağacı deyil, onun yuxarı hissədən qurumuş budaqlarını kəsdiyini bildirmişdir. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bununla bağlı heç bir araşdırma aparmadan, həmin ağacın qurumuş və ya sağlam olması müəyyən edilməmiş, bununla bağlı hər hansı ekspertiza təyin olunmamış və 15 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında guya onun meşə fonduna aid olmayan qoz ağacını kəsməyi qeyd olunmuşdur. Bundan başqa, ağacın kəsilməsi özlüyündə onun kökündən kəsilərək götürülməsini ifadə edir və qeyd etdiyi kimi onun tərəfindən belə bir hərəkətlərə yol verilməmişdir. Eyni zamanda, əgər bununla bağlı müvafiq ekspertiza təyin olunsa və ətraflı araşdırma aparılsa idi, həmin ağacın əslində sağlam olmadığı, xeyli müddət əvvəldən qurumuş olduğu müəyyən olunardı. Məhkəmə iclasında şikayətçi X7 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək, şikayətini müdafiə edərək, bildirmişdir ki, yaşadığı evin qarşısında yol kənarında bir ədəd qoz ağacı olmuş, təxminən 2-3 il əvvəldən həmin ağac tədricən qurumağa başlamış və yuxarı budaqları tam quruduğundan, onun budaqlarının sınaraq evin üzərinə düşmə təhlükəsi yarandığından 2-3 metr yuxarı hissəsindən qurumuş budaqlarını kəsmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə nə şifahi, nə də yazılı müraciəti olmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 şikayəti qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi-müfəttişi vəzifəsində çalışır. X7 tərəfindən bu barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə hər hansı yazılı və şifahi qaydada həmin ağacın budanması və ya kəsilməsi barədə şikayəti və müraciəti daxil olmamışdır. Şikayəti əsassız hesab edərək, şikayətin təmin olunmamasını xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 MN ******* saylı, 15 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat cərimə edilmişdir. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin sahə rəisi Elvin Nəcəfov tərəfindən MN ******* saylı, 30 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Quba rayonunun Zərdabi qəsəbəsində meşə fonduna daxil olmayan qoz ağacını kəsmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, Quba rayon Polis Şöbəsinin sahə rəisi Elvin Nəcəfov tərəfindən X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə MN ******* saylı, 30 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 MN ******* saylı, 15 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 15 may 2024-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında X5 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 15 may 2024-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında X5 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-457/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-457/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver