Məhkəmə qərarları › İş №3(027)-457/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-457/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-457/2025 10.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, Qədirov X1 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci, 327.3 və 511.1.3-cü maddələr ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs Kamran oğlu xx.xx.2025-ci il tarixdə saat 10:31 radələrində Quba şəhəri, H.Əliyev pr-də ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs Kamran oğlu xx.xx.2025-ci il tarixdə saat 10:31 radələrində Quba şəhəri, H.Əliyev pr-də avtomaşını idarə edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokola əsasən Şəxs Kamran oğlu xx.xx.2025-ci il tarixdə saat 11:21-də Quba şəhəri, H.Əliyev pr-də idarə etdiyi “Vaz 21214” minik markalı **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Kamran oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə daxil olmuş protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Kamran oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-456/2025 nömrəli inzibati iş, 3(027)-457/2025 nömrəli inzibati iş və 3(027)-458/2025 nömrəli inzibati iş bir icraatda 3(027)- 458/2025 nömrə altında birləşdirilsin. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar