Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-458/2021 18.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 07 aprel 2021-ci il tarixli, EQ ******* nömrəli elektron qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində DİN BDYPİ-nin rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən tərtib edilmiş EQ ******* nömrəli, 07 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 07 aprel 2021-ci il tarixdə X1 “Mersedes Benz 240” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhərində idarə edərkən Quba şəhərinin Heydər Əliyev prospektində sola dönərkən həmin istiqamətdə olan nəzarət kamerası vasitəsilə onun guya avtomobili Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə inzibati xətanı törəməyini əsas gətirərək barəsində EQ ******* nömrəli, 07.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar ona görə əsassızdır ki, həmin vaxt atomobili o, idarə etməmişdir. X1 idarə etmişdir. Guya yol nəqliyyat hadisəsinin olmasını qeyd almış kamera nəzarət kamerasıdır. Həmin küçəyə dönməmişdən qabaq qoşa xəttin qüvvəsinin itirməsini əks etdirən yol nişanı yolun sağında quraşdırılmışdır. Bundan başqa iddia edilmiş inzibati xətanın törədilməsini qeydə alan kamera nəzarət kamerasıdır. Nəzarət kamerasının məqsədi isə şəhərdə hərəkətə nəzarət etməkdir. Lakin mənim barəsində həmin nəzarət kamerası ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Bundan başqa həmin yerdə xətt nişanları görünməmişdir. Həmin küçəyə dönməmişdən qabaq qoşa xəttin qüvvəsinin itirməsini əks etdirən yol nişanı yolun sağında quraşdırılmışdır. Göründüyü kimi bütün bu halları nəzərə alaraq onun barəsində tərtib olunmuş EQ ******* nömrəli, 07.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz və əsassızdır. Qeyd etmişdir ki, əgər o, üfüqi nişanlanma xəttinin tələbini pozursa, bunu yol patrul xidməti əməkdaşı sübut etməlidir. Hansı ki, həmin ərazidə ümumiyətlə yerdə xətt yox idi. Belə olan halda bir sübut olmadan onun barəsində inzibati xəta haqqında protokol tərtib etməsi və barəsində qərar qəbul etməsi onun hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında X5 izahat verərək, barəsində DİN BDYPİ-nin rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən tərtib edilmiş EQ ******* nömrəli, 06.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-sinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıran zaman müəyyən etmişdir ki, X5 qeyd olunan avtomobili qardaşının idarə etdiyi halda protokolun onun adına tərtib edilməsini və buna görə də, EQ ******* nömrəli, 07 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, DİN BDYPİ-nin rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən tərtib edilmiş EQ ******* nömrəli, 07 aprel 2021-ci il tarixli elektron qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməli, DİN BDYPİ-nin rəis müavini polis polkovniki Elşən Kazımov tərəfindən tərtib edilmiş EQ ******* nömrəli, 07 aprel 2021-ci il tarixli elektron qərarı ləğv edilməli və X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, EQ ******* nömrəli, 07 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın tərtib edilməsinə səbəb X3 inzibati xəta törətməsi olmamışdır. Qeyd olunan tarixdə onun avtomobilini qardaşı idarə etmişdir. Ona görə də şikayət təmin edilməlidir. DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qərarın ləğv edilməməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan 07 aprel 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 07 aprel 2021-ci il tarixdə idarə etdiyi “Mersedes Benz 240” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1. 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 07 aprel 2021-ci il tarixli, EQ ******* nömrəli elektron qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməli, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 07 aprel 2021-ci il tarixli, EQ ******* nömrəli elektron qərarı ləğv edilməli və X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 07 aprel 2021-ci il tarixli, EQ ******* nömrəli elektron qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilsin. DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 07 aprel 2021-ci il tarixli, EQ ******* nömrəli elektron qərarı ləğv edilsin. X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-458/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-458/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver