Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-458/2024 27.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlipənah oğlunun iştirakı ilə, xx.xx.1968-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, evli, işləməyən, Quba rayonu, Aşağı Xuc qeydiyyatda olan və yaşayan Şəxs Əlipənah oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 24 may 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1474 /2021 saylı icra sənədinin icra edilməməsi, icra məmurunun qanuni tələblərinə cavab verməmiş, bununla da Şəxs Əlipənah oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 izahatında bildirmişdir ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 1474/2021 saylı qərarına əsasən X2, X10 və Şəxs Əlipənah oğlundan JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X22 əsasında tələbkarlar X3, X4, X5, X6 və digər ailə üzvləri X9 Quba rayonu, Aşağı-Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsi qanunsuz sahibliyindən geri alınmalıdır. Həmin torpaq sahəsinə dair tələbkarlar Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X1, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına borclular X17, Şəxs Əlipənah oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs Əlipənah oğlu icra sənədi üzrə tələbi təmin etməmiş həmçinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əlipənah oğlu özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o mübahisə predmetini təşkil edən torpaq sahəsinə daxil olan zaman heç bir qanunsuz əməl törətməmişdir. Sadəcə olaraq torpaq sahəsində əkilmiş ağacların qayğısına qalmışdır. Hal-hazırda da həmin ağaclara görə kompensasiya ilə bağlı iddia ilə müraciət etmişdir və iddiası məhkəmənin icraatdadır. Qeyd olunanlara əsasən şikayətə baxılanadək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Əlipənah oğlunun icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsində və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hərəkətlərlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(027)- 1474/2021 saylı icra vərəqəsinə əsasən, cavabdehlər X2, X10 və Şəxs Əlipənah oğlundan JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X22 əsasında iddiaçılar X3, X7, X5, X6 və digər ailə üzvləri X9 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsi qanunsuz sahibliyindən geri alınsın. Həmin torpaq sahəsinə dair iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X1, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər X12, X17, Şəxs Əlipənah oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1474/2021 saylı icra sənədi xx.xx.2023-cü il tarixində icra məmuru Rauf Quliyevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs Əlipənah oğluna bildiriş göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs Əlipənah oğlunun yuxarıda qeyd edilən hərəkətləri icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs Əlipənah oğluna tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra sənədinin icrasının təmin edilməsi tələb edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs Əlipənah oğlunun törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Əlipənah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-458/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-458/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver