Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-459/2025 10.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələriylə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz MRX-nın narkoloji kabinetində keçirilmiş müayinə zamanı narkotik vasitənin qəbul etməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:20 radələrində Quba-Qəçrəş yolu massivində avtomaşını idarə edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələriylə daxil olmuş protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-459/2025 nömrəli inzibati iş və 3(027)-460/2025 nömrəli inzibati iş bir icraatda sonuncu nömrə 3(027)-460/2025 nömrə altında birləşdirilsin. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-459/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-459/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver