Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-461/2022 06.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, Zərərçəkmiş şəxs, onun nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 və müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1968-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan yaşayan X4 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 tərəfindən X4 barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə 06.05.2022-ci il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 03.03.2003-cü il tarixli, 2(027)- 6/2003 saylı icra sənədinə əsasən 23.07.1996-cı ildə tarixində doğulmuş X10, 17.08.1998-ci il ildə doğulmuş X7 yetkinlik yaşınadək saxlanması üçün 27.09.2002-ci il tarixdən X2 aylıq qazancının və başqa gəlirlərin 1/3 hissəi aliment tutularaq tələbkar X5 verilməlidir. X2 illik alimentin 2 faizi miqdarında dövlət rüsumu alınmalıdır. Qeyd olunan icra vərəqəsi şöbənin icraatına 13.07.2020-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu X4 tərəfindən tələbkarın xeyrinə cəmi 800 manat məbləğində ödəniş olunmuşdur. Hal-hazırda 9680 manat aliment borcu yaranmışdır. X4 barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 03.03.2003-cü il tarixli, 2(027)- 6/2003 saylı qətnaməsindən 2020-ci ilin axırında xəbəri olmuş, həmin qətnamədən xəbəri olduqdan sonra 1050 manat ödəniş etdmişdir. Aliment borcunu ödəməkdən imtina etmir maddi imkanı daxilində aliment borcunu ödəyəcəkdir. Yığılan aliment borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Sözügedən qətnamədən xəbəri olduğu vaxtdan heç bir qərəzçilik etmədən müvafiq ödənişlər etmişdir. Göstərdiyi halları nəzərə alaraq, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X4 ilə 20 ildir ki, boşanmışlar. Quba rayon Məhkəməsinin 03.03.2003-cü il tarixli, 2(027)- 6/2003 saylı qətnaməsinə əsasən uşaqlarının saxlanması üçün Laçın Xəlfəyevdən aliment tutulub olnun xeyrinə ödənilməlidir. Dəfələrlə ondan aliment pullarını tələb etmiş, Laçın Xəlfəyev borclu qaldığı pulu qəsdən bəhanələr edərək ödəmir. O, həmin borcun tam ödənilməsini tələb edir. Ona görə də X4 barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs X10 izahatında 12 il Türkiyə Respublikasında olduqlarını, torpaq payından onlara heçnə düşmədiyini, atasından aliment pullarını tələb etdiyini göstərmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 03.03.2003-cü il tarixli, 2-6/2003 saylı icra vərəqəsindən görünür ki, 23 iyul 1996-cı il tarixdə doğulmuş X10, 17 avqust 1998-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 27 sentyabr 2002-ci il tarixdən X2 aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçı E.Xəlfəyevaya ödənilməlidir. İş materiallarından görünür ki, X3 adına daşınmaz əmlak, daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əşyalar, bank əmanətləri yoxdur. İş materiallarında olan 7110 və 26022 saylı qəbzlərdən görünür ki, Laçın Xəlfəyev tərəfindən Zərərçəkmiş şəxs üçün poçt şöbəsinə 21.06.20221-ci il tarixdə 100 (yüz) manat və 19.04.2022-ci il tarixdə 50 manat məbləğində pulu ödənilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra Şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Rayon Məhkəməsinin 03.03.2003-cü il tarixli, 2-6 saylı icra sənədinin icrasıyla bağlı icra məmurunun qanuni tələlərini yerinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, borcundan cəmi 1050 manat məbləğində ödəniş etməklə icra sənədini icra etməyə çalışmış, üzrlü səbəbdən, icra vərəqəsinin mövcud olmasından xəbəri olmadığından və uzun illərdir ki, icra məmuru tərəfindən ona icra sənədi əsasında borcunun ödənilməsi tələb edilmədiyindən icra sənədini tam icra etməmişdir. İş materiallarından görünür ki, icra məmurunun verdiyi sorğular əsasında X3 banklarda əmanətləri, xüsusi mülkiyyətində tələb yönələ biləcək daşınmaz və daşınar əmlakı, sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməmişdir. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 icra sənədini tam icra etməməsinin üzrlü səbəblərlə, yəni onun bu sənədi tam icra etməməsinin tələb yönəldilə biləcək daşınmaz və daşınar əmlakının, banklarda əmanətlərinin olmaması, ağır maddi vəziyyəti ilə bağlı bağlı və icra vərəqəsindən xəbərinin olmaması barədə gətirdiyi dəlillər inandırıcıdır. İcra işi araşdırılarkən, bu illər ərzində icra hərəkətlərinin davam etdirilməsi və ya qanuna müvafiq qaydada dayandırılması barədə iş materiallarında hər hansı bir sənəd aşkar edilməmişdir. İşdəki sübutlarla Laçın Xəlfəyevin üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, X7 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə X7 şəxsiyyətini, hazırda qalıq borcundan 1050 manat ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Laçın Xəlfəyevin əməlində məhkəmənin icra sənədini qərəzli səbəbdən icra etməmə halı mövcud deyildir. Bu isə öz növbəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini təşkil etmədiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114- 115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X4 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-461/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-461/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver