Məhkəmə qərarları › İş №3(027)-465/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-465/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-465/2025 12.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızı, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Quba rayonu, Qımıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Qımıl kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba RPŞ-nin polis sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN 1688469-2497 nörməli protokol tərtib edilərək baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu Qımıl kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə qapıda dəmir darvazaya sıxıb ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi X2 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini, protokolu raport əsasında tərtib etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 27 aprel 2025-ci il tarixdə saat 08 radələrində həyətə çıxmış, atası Cavanşirlə Railin mübahisə etdiyini görmüş, Railə bu barədə iradını bildirmişdir. Mübahisə zamanı o Raili vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs 27 aprel 2025-ci il tarixdə, saat 08 radələrində Orxan və atası qapıdan onu çağırmışlar, Orxan onun yaxasından tutub darvazaya sıxıb və onu vuraraq xəsarət yetirmişdir. Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 274 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət –döş qəfəsinin sol tərəfində körpücükaltı sahədə yumşaq toxumanın əziyi və qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar