Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-468/2021 24.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində 26 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mobil telefonuma daxil olmuş 03.06.2021-ci il tarixli SMS “RADAR” məlumatına əsasən DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində 26 may 2021-ci il tarixli, EQ-6552601 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında elektron qərara görə, növbəti dövlət yoxlaması zamanı istifadə olunmuş texniki vasitə məlumatları əsasında, 26.05.2021-ci il tarixdə, saat 12:09:28 radələrində Bakı-Quba Rusiya yolunun 116-cı km-də, istifadəsində olan “VAZ 21102” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə o, hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş izibati xətanı törətməsi aşkar edilmişdir. Yenə də həmin qərara əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 28 km/saat həddində aşmışdır. Həmin qərara əsasən inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmuşdur. Həmin qərara əlavə edilmiş foto şəkil hərəkət sürətini müəyyən etmir. Nəqliyyat vasitələri ilə əlaqəli inzibati xəta haqqında işlər üzrə icraat tərcrübələri ilə təsdiq olunub ki, elan (təqdim) olunmuş İX qərarları üzrə icraat, onlardan verilmiş şikayətlərə görə dayandırılmır, tətbiq olunmuş cərimələrə faiz hesablamaları əlavə edilir. Həmin səbəbdən də, 26 may 2021-ci il tarixli İX qərarı üzrə faizlərin hesablanmasının tətbiq edilməməsi üçün SMS “RADAR” vasitəsi ilə elan olunmuş inzibati tənbeh vermə haqqında həmin elektron qərar ilə tətbiq edilmiş cəriməni 05 iyun 2021-ci il tarixdə ödəməyə məcbur edilmişdir. Həmin cərimənin tərəfindən ödənilməsi protokolla razı olduğunu təsdiq etmir, barəsində tərtib edilmiş 26 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarla razı deyil və hesab edir ki, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayət verən şəxs X3 məhkəmə iclasında izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. İş materillarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərini pozaraq yolda müəyyən edilmiş hərəkət sürətini 28 km/saat həddində aşmışdır. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-468/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-468/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver