Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-470/2022 27.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin polis kapitanı E.Həsənov tərəfindən tərtib edilmiş 08 avqust 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin polis kapitanı E.Həsənov tərəfindən tərtib edilmiş 08 avqust 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. X2 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin polis kapitanı E.Həsənov tərəfindən tərtib edilmiş 08 avqust 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X2 şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. X2 şikayətində göstərmişdi ki, idarə etdiyi “Mitsubishi L200” markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomobillə Quba rayonu Susay-Xınalıq yolunda “Mitsubishi L200” markalı, H029554 nömrəli nəqliyyat vasitəsilə toqquşub. Hadisə zamanı yanında nəqliyyat vasitəsinin etibarnamə üzrə sahibi X3 olmuşdur. Mülki iş üzrə məhkəmə iclasında ona məlum olmuşdur ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə qərar verilmişdir. Halbuki nəqliyyat vasitəsinin sahibi həmin vaxt yanında olmuşdur. Halı pisləşdiyi üçün həmin maşını o sürüb. Həmin qərar qanunsuz və əsassız olduğundan ləvğ edilməlidir. Qərarı 12.05.2022-ci il tarixdə Quba RPŞ-yə müraciət edərək rəsmi qaydada oradan alıb. Qərar İXM-nin 332.1-ci maddəsi ilə əsaslandırılmışdır. Yəni nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulub.Halbuki nəqliyyat vasitəsinə hüququ olan şəxs həmin vaxt onun yanında olmuşdur. Göründüyü kimi barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar savadsızlığından istifadə edilərək İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə tərtib edilmiş, qərar əsaslandırılmamışdır. Barəsində tərtib edilmiş 08 avqust 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin polis kapitanı E.Həsənov tərəfindən tərtib edilmiş 08 avqust 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə X2 şikayətində göstərdiyi halı təsdiq edən sübutu məhkəməyə təqdim etmədi və həmin halı sübut edə bilmədi.. Şərh edilənlərə əsasən, məhkəmə polis kapitanı E.Həsənov tərəfindən tərtib edilmiş 08 avqust 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı : Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin polis kapitanı E.Həsənov tərəfindən tərtib edilmiş 08 avqust 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-470/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-470/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver