Məhkəmə qərarları › İş №3(027)-472/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-472/2022

15.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-472/2022 15.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyən etdi: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, X1 rayonu, Çaydüzü kəndində Zərərçəkmiş şəxs məxsus evin hasarın çöl tərəfindən traktorun arx açan qoşqusunu və qaynaq aparatını təxminən mart ayının ortalarında oğurlanmış və ona 250 manat maddi ziyan vurmuşdur. Bununla bağlı Quba RPŞ-nin İTB-nın polis sahə rəisi X6 tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 13.05.2022-ci il tarixli, MN 1398301-903 nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X7 bildirdi ki, X3 barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, pula ehtiyacı olduğu üçün mart ayında Quba rayonu, Çaydüzü kəndində Zərərçəkmiş şəxs məxsus evin hasarın çöl tərəfindən traktorun arx açan qoşqusunu və qaynaq aparatını oğurlamış və 45 manata satmışdır. Hazırda zərəçəkmişə dəyəmiş ziyanı ödəmiş və zərəzçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alıb inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında mart ayında ona məxsus traktorun arx açan qoşqusunun və qaynaq aparatının X3 tərəfindən oğurlandığını, hazırda Xəyyam Gülbalayev ilə barışdığını, ona dəymiş ziyanin X3 tərəfinən tam ödənildiyini, Xəyyam Gülbalayevə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş 13 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Quba rayonu, Çaydüzü kənd sakimi Zərərçəkmiş şəxs məxsus yaşayış evinin daş hasarının çöl tərəfindən yola baxan hissəsindən traktorun arx açan qoşqusunun və qaynaq aparatının altlığının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış ilə vətəndaşa ümumilikdə 250 manat məbləğində maddi ziyan dəymişdir. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, yəni AR CM-nin 177.1 maddəsinin tərkibini yaratmadığından toplanmş material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti oğurluq etmiş şəxs və ya şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 13.05.2022-ci il tarixli protokoldan görünür ki, X3 13 may 2022-ci il tarixdə, saat 19:00-da Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis leytenantı X10 tərəfindən inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, X3 məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan X3 tərəfindən tam ödənilmiş, hazırda ona qarşı heç bir tələb və şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 da haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikaksı İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X3 məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar