Məhkəmə qərarları › İş №3(027)-474/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-474/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-474/2023 03.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Qusar rayonu, İmanqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 04:30-da Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Unversal” idman zalından qapıdan girmə yolu ilə 50 manat pul oğurlamışdır. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Quba şəhər Vaquf küçəsində yerləşən kombi təmiri obyektindən qapını qırmaq yolu ilə 60 manat pul oğurlamışdır. Bununla bağlı Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və MN ******* nömrəli protokollar materiallarla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 04:30-da Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Unversal” idman zalından qapıdan girmə yolu ilə 50 manat pul oğurlamışdır. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Quba şəhər Vaquf küçəsində yerləşən kombi təmiri obyektindən qapını qırmaq yolu ilə 60 manat pul oğurlamışdır. Hazırda zərərçəkmiş şəxslər vurduğu ziyanı ödəmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 04:30-da Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Unversal” idman zalından qapıdan girmə yolu ilə 50 manat pul oğurlamışdır. Hazırda Şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Quba şəhər Vaquf küçəsində yerləşən kombi təmiri obyektindən qapını qırmaq yolu ilə 60 manat pul oğurlamışdır. Hazırda Şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X6 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti Şəxs barəsiində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs və X4 tərəfindən verilmiş ərizələrdən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. O, Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar