Məhkəmə qərarları › İş №3(027)-475/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-475/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-475/2022 01.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən e t d i: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən Şəxs MMC-nin barəsində tərtib edilmiş N 01400-0790/22 nömrəli, 10 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin 04 04.2022-ci il tarixli, 34/012/001793 saylı raportunun icrası ilə əlaqədar olaraq bildirir ki, “X8 Zavodu" MMC tərəfindən 2017,2020 və 2021-ci il tarixlərdə 18 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük idarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 336580 AB$ dolları (572186 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. 07.04.2022-ci il tarixdə, 1700-013/004-22/000939 saylı məktubla Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinə müraciət edilərək, Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstəribgöstərməməsi, fəaliyyət göstərdiyi təqdirdə hansı ünvanda fəaliyyət göstərməsi, “X8 Zavodu" MMC-nin rəhbərinin şəxsiyyətinə dair məlumatların təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinin 21.04.2022-ci il tarixli, **********910500 saylı cavab məktublarında Şəxs MMC-nin ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alınmış, MMC-nin hüquqi ünvanı, ünvan 2üquqi şəxsin rəhbəri X2r, rəhbərin qeydiyyat ünvanı ünvan 3ə rəsmiləşdirərək ixrac edilən yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün 07,04.2022-ci il tarixdə 1700-013/004- 24/000940 saylı məktubla MMC-nin nümayəndəsi dəvət olunmuş, 29.04.2022-ci il tarixdə 1700- 013/004-24/001260 saylı məktubla MMC-nin rəhbəri X4 dəvət olunmuşdur. Lakin, 07.04.2022-ci ıl tarixdə 1700-013/004-24/000940 saylı məktub ünvan 4 ünvanında qeydiyyatda olan MMC-nə çatmış, 29.04 2022-ci il tarixdə 1700-013/004-24/001260 saylı məktub isə X1 Quba səhəri, Ə.Nərimanov küçəsi, ev 48 ünvanına çatdırılsa da, X4 çağırış üzrə gəlməmiş və 336580 ABS dolları (572186 manat) məbləğinin müvəkkil bank hesabına köcürülməməsinin səbəbini də bildirməmişdir. Qeyd olunan vəsaitlərin köçürülüb-köçürülməməsi ilə bağlı Gömrük Prosedurları və Ödənişləri şöbəsinə sorğu verilmiş və sorğuya cavabda 01,12.2017-ci il tarixli, **********7149 savlı gömrük bəyannaməsi üzrə 780 ABŞ dolları (1326 manatl məbləğində vəsaitin MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi qeyd olunmuşdur. Beləliklə də, Şəxs MMC tərəfindən Simal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyanamələr üzrə köçürülməli olan 780 ABŞ dolları (1326.manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Nəticədə “X8 Zavodu" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə Şəxs MMC-nin nümayəndəsi X5 bildirdi ki, təmsil etdiyi cəmiyyət alma şirəsini ixrac edən zaman çəki bir ton artıq olub, alma şirəsindən bir ton kiçik həcmli avtomobilə boşaldılaraq geri qaytarılmışdır. Ona görə də qiymətdə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini İ.Orucov 24.05.2022-ci il tarixli məktub ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. və Şəxs MMCnə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 483-cü-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs MMC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs MMC inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi məbləğində, yəni (780 x 30 %) ABŞ dolları məbləğində, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar