Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-475/2023 04.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1977-ci ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İİ Nügəd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1672/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(027)-1688/2021 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1672/2021 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli, xx.xx.2021-ci il tarixli, 2(027)- 1688/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs icra vərəqəsində qeyd olunan məişət əşyaları alınaraq tələbkar X4 verilməlidir. Həmin əmlakların naturada hər hansı biri qətnamə icra olunan vaxt mövcud olmasa qeyd olunan dəyəri 2185 manat məbləğində pul borcludan alınaraq tələbkara verilməlidir. Tələbkar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu borclu Şəxs alınaraq tələbkara verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olubolmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs aliment üzrə hal-hazırda 1200 manat və əmlak tələbinə dair icra sənədi üzrə isə 2215 manat borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, qeyd olunan icra sənədlərinin icra etməkdən yayınmır. Lakin o 3 aydır ki heç yerdə işləmir, bu səbəbdən borcunu ödəyə bilməmişdir. Fevral ayında 1000 manat ödəniş etmişdir. Buna baxmayaraq aliment borcunun bir hissəsini ödəyəcəyinə söz verərək, məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Bundan başqa qeyd etmişdi ki, cehiz-əmlakla bağlı xx.xx.2021-ci il tarixli, 2(027)- 1688/2021 saylı icra vərəqəsinə əsasən bütün əmlakı qarşı tərəfə verilib və bu barədə siyahı tərtib edilib. Hal-hazırda onda Zərərçəkmiş şəxs məxsus əmlak qalmamışdır. Hazırda 700 manat ödəyə biləcəyini və qalan məbləği də yaxın vaxtda, yəni ayın sonuna kimi ödəyəcəyini bildirmişdir. İlkin məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında bildirmişdir ki, Şəxs aliment borcunu ödəməmişdir və maddi vəziyyəti çətin olduğundan, o qalıq məbləğin də ödənilməsini hazırda tələb edir. Aliment üzrə qalıq borcdan hazırda müəyyən hissə və ayın axırına kimi tam ödəniləcək halda, şikayət etmədiyini bildirmişdir. X1 izahatında icra sənədi üzrə qərəzli yayınma olmadığını və ödənişlər edildiyini bildirmiş, habelə borcun ödənilməsini təmin etmək məqsədilə vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini dinləyib, tələbkarın izahatını, inzibati xəta haqqında protokolu və mülki iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 1672/2021 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 1688/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddia tələbi olan: 1 ədəd dəyəri 180 manat olan ət çəkən maşın (işləmir), 1 ədəd dəyəri 75 manat olan tozsoran (işləmir), 1 ədəd dəyəri 7 manat olan dəmir podnos, 1 ədəd dəyəri 100 manat olan sandıq, 1 ədəd dəyəri 35 manat olan bıçaq naboru, 1 ədəd dəyəri 10 manat olan alminum vedrə, 1 ədəd dəyəri 80 manat olan qazan dəsti, 1 ədəd dəyəri 150 manat olan şirli qazan dəsti, 1 ədəd dəyəri 120 manat olan tefal qazan naboru, 12 ədəd dəyəri 9 manat olan çay nəlbəkiləri, 2 ədəd dəyəri 10 manat olan salfetka qabı, 1 ədəd dəyəri 12 manat olan üç mərtəbəli şirniyyat qabı, 8 ədəd dəyəri 11 manat olan salat qabı, 1 ədəd dəyəri 40 manat olan ağ rəngli çay servisi, 13 ədəd dəyəri 65 manat olan çay servisi, 2 ədəd dəyəri 40 manat olan güldan, 12 ədəd dəyəri 53 manat olan xurustal stəkan, 6 ədəd dəyəri 24 manat olan qənd qabı, 12 ədəd dəyəri 40 manat olan xörək dəsti, 1 ədəd dəyəri 70 manat olan saç düzləşdirici fen (işləmir), 2 ədəd dəyəri 5 manat olan bozbaş qabları, 3 ədəd dəyəri 15 manat olan çuqun qablar, 12 ədəd dəyəri 12 manat olan mürəbbə qabı naboru, 1 ədəd dəyəri 100 manat olan tüklü adyal ağ rəngi, 5 ədəd dəyəri 350 manat olan taxt pasteli, 7 ədəd dəyəri 116 manat olan tək pastel, 10 ədəd dəyəri 50 manat olan əl üz dəsmalı, 15 ədəd dəyəri 30 manat olan çay dəsmalı, 20 ədəd dəyəri 15 manat olan salfetka dəsmalı, 8 ədəd dəyəri 40 manat olan yastığ üzü, 9 ədəd dəyəri 210 manat olan masa örtüyü, 1 ədəd dəyəri 100 manat olan led lampadan (54wat) ibarət məişət əşyaları alınaraq iddiaçı X4 verilməsi, həmin əmlakların naturada hər hansı biri qətnamə icra olunan vaxt mövcud olmasa-qeyd olunan dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, eyni borclu barəsində olan icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında qərar” ların surətindən göründüyü kimi, qeyd edilən icra sənədləri üzrə həmin tarixlərdə icra işi başlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişlərin surətindən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1672/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(027)- 1688/2021 saylı icra sənədlərinin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı qərəzli hərəkət və hərəkətsizlik müəyyən edilmir. Belə ki, Şəxs 1200 manat aliment borcundan 700 manat ödəniş etmiş və qalıq borcun aprel ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi müəyyən olunmur və ona görə də qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-475/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-475/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver