Məhkəmə qərarları › İş №3(027)-479/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-479/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-479/2023 19.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin Quba rayon X6 Yol Patrul Xidməti Bölməsinin İnzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarından X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsinə müraciət edərək, Quba RPŞ-nin Yol Patrul Xidməti bölməsinin rəisi tərəfindən imzalanmış saxta və əsassız olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022 tarixdə, təxminən saat 17 radələrində Quba Xaçmaz yolunun Timiryazev kəndi ərazisindən keçən hissəsində hərəkətdə olduğu Fiat Doblo **-EF-*** nömrəli maşınla 60 kilometr surət həddi təyin olunmuş yolda hərəkət edirdi və qarşıda sola manevra etmək məqsədi ilə sola dönmə işığını yandırdı. Ondan sonra gələn uzaq məsafədə iki nəqliyyat vasitəsi var idi. Yolun əks istiqaməti isə boş idi, yol nişanlarının dönməyə icazə verdiyi hissədə qırıq-qırıq xətdən sola manevra etməkn istəyərkən digər zolaqa çıxdığı anda, yol nişanlarının ötməni qadağan etdiyi hissədə mersedes **-DJ-*** markalı avtomaşın onun dönmə manevranı gözləmədən, ötmənin qadağan olunduğu yolda yolun əks istiqamətinə manevra edərək yüksək sürətlə ötmə əməliyyatı həyata keçirərkən idarə etdiyi Fiat Doblo markalı maşın sol tərəfdən vuraraq maşınına xəsarət yetirmişdir. Mercedes markalı avtomaşın onun idarə etdiyi avtomaşını sol tərəfini orta hissəsindən vuraraq idarə etdiyi avtomaşının səmtini Xaçmaz şəhəri istiqamətinə çevirərək, bundan sonra yolun kənar hissəsində quraşdırılmış qaz turbalarını qıraraq dayanmışdır. Quba RPŞ-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur ki, güya o, Yol hərəkəti haqqında Qanunun tələblərini pozduğuna görə AR İXM-nin 332.1 və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməlidir. Quba rayon X6 Yol Patrul Xidməti Bölməsinin İnzibati tanbeh vermə haqqında TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ilə o, inzibati məsuliyyətə cəlb edilmişdir. O, yuxarıda qeyd edilən qərar ilə razılaşmadı və şikayət ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət etdi. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət ərizəsi təmin olunmuş, Quba rayon X6 Yol Patrul Xidməti Bölməsinin İnzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, inzibati iş yenidən araşdırılması üçün Quba RPŞ-yə göndərilmişdir. Bundan sonra Quba rayon RPŞ-nin Yol Patrul Xidməti Bölməsinin əməkdaşları heç bir araşdırma aparmadan saxta bir qərar tərtib etməklə işlərini bitmiş hesab edərək, özlərinin dediyinə görə cərimələr onun üzərində qalmışdır. Quab rayon RPŞ-nin Yol Patrul xidmətinin rəisi tərəfindən xx.xx.2023cü il tarixli qərardan fərqli olaraq, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş yol nəqliyyat hadisəsinin sxemindən də göründüyü kimi, ötmə əməliyyatnı mersedess markalı avtomaşın etsə də, qərarda qeyd ediliri ki, ötmə əməliyyatını Fiat markalı avtomaşın keçirmişdir. Göründüyü kimi YPX əməkdaşlarının tərtib etdikləri qərarlarda ziddiyyət mövcuddur, ona görə ki, ilkin qərarda xx.xx.2023-cü il tarixli qərarda qeyd edilir ki, ötmə əməliyyatını mersedes markalı avtomaşın həyata keçirmişdir. Buna baxmayaraq o, xx.xx.2023-cü il tarixdə araşdırmanın nəticəsi barədə qərarı istədikdə Quba RPŞ-nin YPXnın Nail Əliyev adlı əməkdaşı ona bildirdi ki, onlara məhkəmədən heç bir qərar gəlməyib, gəlsə də, heç bir xeyri yoxdur. Polis əməkdaşının ona qarşı olan qərəzli davranışının sübutu kimi şikayət ərizəsinə Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını və Quba rayon PŞ-nin xx.xx.2023-cü il tarixli qərarını şikayət ərizəmə əlavə edir. Məhkəmə öz qərarında qeyd edir ki, inzibati xəta üzrə qəbul edilmiş qərar AR İXM-nin tələblərinin kobud surətdə pozmaqla tərtib edildiyindən qərar ləğv edilməlidir. Qeyd etmək istəyir ki, o, avtonəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsə də, o, yol hərəkəti haqqında qanunun tələblərini pozmamışdır, qanunun tələblərini Mersedes markalı avtomaşının sürücüsü pozmuş və ona görə də, yol qəzası ilə əlaqədar o, inzibati məsuliyyətə cəlb edilməlidir. Qanunun da tələbindən göründüyü kimi Quba RPŞ-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən əsassız xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Quba rayon Polis şöbəsinə məlumat verilsə də, Quba rayonu PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, Quba rayonu PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-43/2023 saylı xx.xx.2023cü il tarixli, qərarından görünür ki, Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin DYPX-nin polis kapitanı X2 TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi hissəsində ləğv edilmiş və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilmişdir. İş materiallarında olan Quba RPŞ-nin DYPB-nin rəisinin rəisi Sahib Süleymanovun inzibati xəta haqqında iş üzrə 03 mart 2023-cü il tarixli 3-13-16/1-6971 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X5 barəsində 60 (altımış) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayəti qismən təmin edilməli, X4 barəsində Quba RPŞ-nin DYPB-nin rəisinin Sahib Süleymanovun 03 mart 2023-cü il tarixli 3-13-16/1-6971 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, şikayət qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba Rayon Məhkəməsinin 3(027)-43/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin DYPXnin polis kapitanı X2 TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi hissəsində ləğv edilmiş və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Quba RPŞ-nin DYPB-nin rəisi Sahib Süleymanovun 03 mart 2023-cü il tarixli 3-13-16/1- 6971 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, eyni tarixli qərarların qərara aldı hissəsi bir birinə ziddəyətlidir. Bir qərarda Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddəsinə əsasən vətəndaş Ə.Məliov barəsində tərtib edilmiş İXP ******* saylı xəta haqqında protokol üzrə icraata xitam verilmiş, digər qərarda isə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X5 barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Yuxarıda göstərilən ziddiyətlər də Quba RPŞ-nin DYPB-si tərəfindən araşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayət qismən təmin edilsin. X4 barəsində Quba RPŞ-nin DYPB-nin rəisinin rəisi Sahib Süleymanovun 03 mart 2023-cü il tarixli 3-13-16/1-6971 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar