Məhkəmə qərarları › İş №3(027)-480/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-480/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-480/2022 02.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin İTB-nin rəisi X7 tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin İTB-nin rəisi X7 tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 4000 manat cərimə tənbeh növü tədbiq edilmişdir. Məhkəmədə X3 bildirdi ki, 19.01.2022-ci il tarixində işlətdiyi Quba şəhər Köhnə Avtovağzal ərazisində yerləşən “Xudman” adlı kafedə polis əməkdaşları kafeyə daxil olaraq, müştərilərin vaksin olub-olmadığını yoxlayacaqlarını bildirmişdir. Yoxlama zamanı müştəri X5 2-ci döza vaksini olmadığına görə onu vəzifəli şəxs kimi 4000 manat cərimə etmişlər. Halbuki, vaksin dozasının 1-ci dozadan sonra 54 gün ərzində 2-ci dozası vurulmalıdır. Valid Cabbarovda 1-ci doza ilə 2-ci doza arasındakı fərq 42 gün olmuşdur. X8 1-ci dozanı 07.12.2021-ci ildə almış və ikinci dozanı isə onu cərimə etdikdən iki gün sonra, yəni 21.01.2022-ci il tarixdə almışdır. Qanunvericiliyə görə 1-ci dozadan sonra 54 gün ərzində 2-ci doza vurulmalıdır. Qeyd olunanları nəzərə alaraq, onun barəsində tərtib edilmiş inzibati qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Quba rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin İTB-nin rəisi X7 tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materialından görünür ki, X3 19 yanvar 2022-ci il tarixdə işlətdiyi kafedə 2-ci doza vaksini olmayan müştəriyə xidmət göstərib və Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, X1 rayonu, Nöydün kəndində doğulub, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında E. Camalov küçəsində kirayəşin qalır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X3 19 yanvar 2022-ci il tarixdə işlətdiyi kafedə 2-ci doza vaksini olmayan müştəriyə xidmət göstərmiş və Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmiş və karantin qaydalarını pozmuşdur. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin İTB-nin rəisi X7 tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin İTB-nin rəisi X7 tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar