Məhkəmə qərarları › İş №3(027)-481/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-481/2020

06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-481/2020 06.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Rüstəmova Fidan Mövsüm qızının Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən elektron protokol tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokolun ləğv edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən elektron protokol tərtib edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli elektron protokoldan görünür ki, Rüstəmova Fidan Mövsüm qızı Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda Rüstəmova Fidan Mövsüm qızı ərizə ilə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən elektron protokol tərtib edilmiş tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs Rüstəmova Fidan Mövsüm qızı məhkəməyə ərizə təqdim edərək iştirakı olmadan baxılmasını xahiş etmişdir. Rüstəmova Fidan Mövsüm qızının ərizəsində göstərilir ki, o, Quba rayonu Zərdabi kəndində yaşayır. “KİA SPORTAGE” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil atası Hümmətov Mövsüm Əlövsət oğlunun adına qeydiyyata alınmışdır. xx xxx 2020-ci il tarixdə radara düşməsi barədə sms gəldi. Sms-də onun Quba- Xaçmaz yolunun 10-cu kilometrliyindən sonra saat 15:52-də 60 kilometr saatla nəzərdə tutulmuş yolda 87 kilometr saatla hərəkət etdiyi qeyd edilmişdir. Bildirmək istəyir ki, həmin həmin vaxt avtomobili o, deyil atası Hümmətov Mövsüm Əlövsət oğlu idarə etmişdir. Sadəcə olaraq həmin avtomobilə dair sonuncu etibarnamə onun adına olduğu üçün cərimə onun adına yazılmışdır. Bundan başqa iş materiallarına əlavə etdiyi DİN-nin SYP Web Portalı tərəfindən göndərilmiş şəkillərdən də görünür ki, avtomobilin radara düşdüyü yer kəndaxili yəni saatda 60 kilometr saatla hərəkət edilən yol deyildir. Belə ki, həmin ərazi yaşayış məntəqəsindən kənar olan ərazi olmaqla icazə verilən hərəkət surəti saat 90 kilometr saatdır. Belə olan halda həmin ərazidə saat 87 kilometr saatla hərəkət etmək heç bir qaydanı pozmur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İİ bəndinin 1-ci bölməsinə əsasən yaşayış məntəqələri daxilində— saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxan hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə, 2-ci bölməsinə əsasən başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Göründüyü kimi burada qanunun tələbi pozulmamışdır. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət X1 E-Patrol VVC-MC800P tipli radar ilə yazılmış xx.xx.2020-ci il tarixli EQ3602330 nömrəli qərar ləğv edilməsi bаrədə qərаr qəbul еdilməsini məhkəmədən xаhiş еdilmişdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, Azərbaycan Respublikası DİN BDYPİ -nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verbəbişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki,Rüstəmova Fidan Mövsüm qızının Azərbaycan Respublikası DİN BDYPİ-nin E-Patrol VVC-MC800P tipli radar ilə yazılmış xx.xx.2020-ci il tarixli EQ3602330 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə Rüstəmova Fidan Mövsüm qızının Azərbaycan Respublikası DİN BDYPİ-nin E-Patrol VVC-MC800P tipli radar ilə yazılmış xx.xx.2020-ci il tarixli EQ3602330 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə ərizəsinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : Rüstəmova Fidan Mövsüm qızının Azərbaycan Respublikası DİN BDYPİ-nin E-Patrol VVC- MC800P tipli radar ilə yazılmış xx.xx.2020-ci il tarixli EQ3602330 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar