Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-482/2025 09.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayətə baxaraq məhkəmə, müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Baki şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli, qərarının ləğv edilib barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Mercedes Benz E220 CDİ minik markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomabili ilə hərəkət edərəkən xx.xx.2025-ci il tarixdə Bakı şəhərində saat 13:50-də Bakı şəhər X5 idarəsi tərəfindən heç bir qanuni əsas olmadan onun barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 100 manat inzibati cərimə olunmuşdur. Lakin həmin maddədə göstərilən inzibati xətanın törədilməsi barədə ona heç bir sübut göstərilməmiş və o həmin inzibati xətanı törətməmişdir. DYP-xidmətinin əməkdaşı xx.xx.2025-ci il tarixdə saat 13:50radələrində Bakı şəhəri, Nəsimi rayonu, Q.Qarayev prospektində ona saxla əmri verərək onun idarə etdiyi və şəxsi mülkiyyətində olan Mercedes Benz E220 CDİ minik markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu saxlamışlar. DYPX-nin əməkdaşı ona yaxınlaşaraq sveteforun qadağanedici işarəsi verildikdən sonra hərəkət etdiyini, yəni qırmızı işıqda keçdiyini və AR İXM-nin 327.2-ci maddəsi ilə onun barəsində inzibati protokol tərtib ediləcəyini bildirdi. O, ona bildirdi ki, bu protokol qanunsuzdur, o heç bir inzibati xəta törətməmişdir, svetoforun qırmızı işıqında keçməmişdir. DYPX-nin əməkdaşı heç bir sübut və və ya video görüntü təqdim etməyərək günahsız olduğu halda onun barəsində qanunsuz olaraq AR İXM-nın 327.2-ci maddəsi ilə inzibatı protokol tərtib etdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, BDYPİ məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət vermiş şəxsi dinləyib və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən görünür ki, X2 Bakı şəhəri, Nəsimi rayonu, Q.Qarayev prospektində iki seksiyalı işiqforun əlavə seksiyasının qırmızı işığının (sola dönənlər üçün) yanmasını görmüş (yəni düzünə gedən avtomobillər üçün yaşıl işıq yanan zaman) lakin **-RO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini dayandırmadan işıqforun qırmızı işığında hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, X2, yuxarıda göstərilən yerdə, vaxtda işıqforun qırmızı işığının yandığnı gördüyündən, nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, avtonəqliyyat vasitəsinin hərəkətini davam etdirmişdir. “X4” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin 2-ci bəndinə əsasən yaşıl rəngli işığın yanıb-sönməsi bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər) Həmin maddənin 3-cü bəndində əsasən sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan edir və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Həmin maddənin 5-ci bəndində əsasən qırmızı rəngli işığın yanması və ya yanıbsönməsi — bu siqnal hərəkəti qadağan edir; Həmin maddənin 6-cı bəndinə əsasən qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Buda onu göstərir ki, X2 qərarda göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xelilova
Məhkəmə qərarları › İş №3(027)-482/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-482/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver