Məhkəmə qərarları › İş №3(027)-483/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-483/2020

22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-483/2020 22.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuş, evli, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(027)-1475/2014 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, 2(027)-1935/2019 nömrəli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Əmru X7 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(027)-1475/2014 nömrəli icra sənədinə əsasən, Şəxs xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində aliment tələbkar X3 verilməlidir. Quba rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)- 1935/2019 nömrəli icra sənədinə əsasən, Şəxs xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)- 1475/2014 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq borclu Şəxs hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X3 verilməlidir. Şəxs 20 manat məbləğində dövət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunan icra vərəqələri müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixlərdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədləri üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədlərinin icrasını səmərəli təmin etmək məqsədilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu bu vaxta kimi tələbkarın xeyrinə qismən ödəniş etmişdir. Borclu Şəxs icra sənədləri üzrə aliment borcu 1120 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(027)- 1475/2014 nömrəli icra sənədinə əsasən, ondan xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində aliment, Quba rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-1935/2019 nömrəli icra sənədinə əsasən, ondan xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-1475/2014 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq borclu Şəxs hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X3 verilməli, 20 manat məbləğində dövət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bildirmişdir ki, hazırda həmin borcu ödəməyə maddi imkanı yoxdur. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(027)-1475/2014 nömrəli icra sənədinə əsasən, Şəxs xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində aliment, Quba rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-1935/2019 nömrəli icra sənədinə əsasən, Şəxs xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-1475/2014 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq borclu Şəxs hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, ona verilməlidir. Bildirmişdir ki, borclu bu vaxta kimi onun xeyrinə qismən ödəniş etmişdir. Hazırda icra sənədləri üzrə aliment borcu 1120 manat təşkil edir. Borcunun tam şəkildə ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar