Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-484/2023 25.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X6 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan verilmiş şikayətə baxılması üçün X8 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 01 fevral 2023-cü il tarixli protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən tərtib olunmuş 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 243.0.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 qəbul etdiyi 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla onun guya 01 fevral 2023-cü il tarixli, ******* nömrəli protokol əsasında Quba rayonu, Zizik kəndi ərazisində özünə məxsus bağ sahəsində quyu qazaraq yerin təkindən istifadə qaydalarını pozmağı əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli olduğu və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. O, həmin qərarı rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almışdır. Qeyd edilən protokol və qərarla aşağıda göstərdiyi əsaslara görə razılaşmır. O, X4 rayonu, Zizik kənd sakinidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışla Quba rayonu, Zizik kəndi ərazisində yerləşən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışla Quba rayonu, Zizik kəndi ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd edilən torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşir və o, həmin torpaq sahələrində gilas bağı salmışdır. ‘Avisto ANB” MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Red Giant” və “Grace Star” növündə gilas tingləri satın alaraq həmin bağ sahəsində əkmişdir. Qeyd edilən gilas növlərinin suya olan ehtiyaclarını ödəmək üçün öz mülkiyyətində olan torpaq sahəsində yerin təki və ətraf mühitin mühafizəsi qaydalarının tələblərinə riayət edərək quyu qazımışdır. Həmin quyunun dərinliyi 5 metrdən artıq deyildir və mərkəzləşdirilmiş su təchizatı mənbəyi deyildir. Qazıntı işləri aparılarkən partlayış və ya hər hansı təhlükəli üsullardan istifadə edilməmişdir. O, mülkiyyətində olan torpaq sahəsində suya olan ehtiyacı ödəmək üçün işlər görərkən “X11” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli, 238 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə” Qaydalarının 1.2-ci bəndininin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Onun əməlində inzibati xətanın tərkibi yoxdur. Barəsində qərar qəbul edən orqan özü də onun konkret olaraq yer təkinin və ətraf mühitin mühafizəsi üzrə hansı standartların tələblərini pozduğunu qeyd etməmiş və öz qərarında onun əməlində inzibati xəta tərkibinin əlamətlərinin mövcudluğunu əsaslandırmamışdır. Məhkəmə iclasında X8 şikayəti müdafiə edərək bildirmişdir ki, özünə məxsus torpaq sahəsində qazdığı quyunun dərinliyi 3 metrdən azdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 bildirmişdir ki, inzibati xəta haqqında material Quba RPŞ-dən daxil olmuşdur. Həmin material əsasında X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 01 fevral 2023-cü il tarixli protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərar tərib olunmuş və o, Azərbaycan Respublikası İXM-nın 243.0.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şikayətçi tərəfindən qazılmış quyunun dərinliyi 5 metrdən az olmuşdur. Quba RPŞ-dən daxil olmuş material və tərtib edilmiş protokol üzrə qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********84 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Zizik kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0.36 ha torpaq sahəsi X6 mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********72 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Zizik kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0.18 ha torpaq sahəsi X6 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx.xx.2023-cü il tarixdı Quba rayonu, Zizik kənd ərazisində özünə məxsus bağ sahəsində quyu qazaraq yerin təkindən istifadə qaydalarını pozmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 243.0.1-cü maddəsinə əsasən 1500 (bir min beş yüz manat) məbləğində cərimə edilmişdir. İşin hallarına əsasən X8 lazımı icazə sənədi olmadan özünə məxsus bağ sahəsində quyu qazaraq yerin təkindən istifadə qaydalarını pozması əsası ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati cərimə olunmuş və o barəsində olan qeyd edilən qərardan şikayət vermişdir. İnzibati qərar qəbul edilənədək aparılan inzibati araşdırma zamanı X6 bağ sahəsində quyu qazması inzibati məsuliyyətə cəlb olunma əsası kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli. 238 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə” Qaydalarının 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Eyni zamanda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada yerquruluşu layihələrinə və təbiəti mühafizə tələblərinə uyğun olaraq, torpaq sahələrində meliorasiya işləri aparmaq, gölməçələr və digər sututarlar yaratmaq torpaq mülkiyyətçilərinin hüququdur. “X11” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ehtiyaclarını ödəmək üçün edilmiş qaydada onlara partlayış işləri yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların məxsus torpaq aparmadan sahələrinin beş metr tikintisini, hüdudlarında öz dərinliyədək ümumi eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə əhəmiyyət kəsb edən məlumatlar, yəni xətanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli. 238 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə” Qaydaları və “X11” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada qeyd olunan quyunun dərinliyi ilə bağlı faktiki hallar araşdırılmamışdır. Belə ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilər. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə X8 tərəfindən Quba rayonu, Zizik kənd ərazisində özünə məxsus bağ sahəsində qazdığı quyunun dərinliyinin 5 metrdən az olduğu bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Göründüyü kimi inzibati araşdırma aparılan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-484/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-484/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver