Məhkəmə qərarları › İş №3(027)-487/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-487/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-487/2024 21.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Quba rayon Polis Şöbəsi DYPB-nin nümayəndəsi X2, Şikayət verən X1 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP 648994 nömrəli X6 haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək, “VAZ 21063” minik markalı, **-BT-*** X9 avtomaşına qəbul edilmiş İXP6257532 nömrəli protokol əsasında TP 648994 saylı X6 Haqqında qərar ləğv edilməsi və elektron portaldan silinməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə məcburi qaydada həyata keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 14 may 2024-cü il tarixində, Qonaqkənd Quba şəhər mərkəzini birləşdirən kəndlərarası yolun İ Nügədi kənd ərazisində “Pavilyon” deyilən hissədən ona məxsus “VAZ 21063” minik markalı, **-BT-*** X9 avtomobilimlə təqribən saat 18:00 radələrində Quba istiqamətində hərəkət etdiyi zaman X7 Qanunun 23.3 maddəsinin (ikinci dərəcəli yolun birləşməsi) tələbinə riayət edərək həmin Qanunun 1.7 maddəsinin tələbinə uyğun olaraq qırıq-qırıq yol cizgisinin üzərində dayanaraq qarşı tərəfdən gələn nəqliyyat vasitələrinin keçməsini gözləmişdir. Qarşıdan gələn nəqliyyat vasitələri keçdikdən sonra o, dönmə işıqlarını yanılı halda dönmə əməliyyatını həyata keçirdiyi zaman onunla eyni istiqamətdə hərəkətdə olan (Quba İstiqamətində) “Mersedes C klas” markalı, **-XZ-*** X9 avtomobil yüksək sürətlə YHH Qanunun 1.1 maddəsinin tələbini kobud şəkildə pozaraq onun qarşısından keçmək istədikdə (o dönmə əməliyyatını yekunlaşdırmaq üzrə idi) “VAZ 21063” minik markalı, **-BT-*** X9 avtomobilini sol qabaq qanaddan vuraraq yol kənarında dayanan “Hyundai” markalı digər bir avtomobilidə vurub zədələyərək 20-25 metr uzaqlıqda avtomobili saxlamışdır. Hadisə baş verdiyi zaman o, Mersedesin sürücüsündən Quba YPX-nin əməkdaşlarına zəng edərək onları hadisə yerinə dəvət etməsini tələb etmişdir. Quba YPX-nn əməkdaşı Xəyal adlı şəxs hadisənin şəkillərini çəkib onları Quba DYP-nın xidməti binasına dəvət etmişdir. O, səhəri gün Quba DYP-nin əməkdaşı polis kapitanı Əliyev Nail adlı şəxsə yaxınlaşaraq vəziyyəti izzah edib ona yazılı izzahatını vermişdir. Quba DYP-nin əməkdaşı Əliyev Nail ona qarşı TP ******* X6 Haqqında qəra qəbul etmişdir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdi. Məhkəmə iclasında qərarından şikayət verilən Quba rayon Polis Şöbəsi DYPB-nin əməkdaşı X4 izahatında bildirmişdir ki, hadisə baş verən zaman şikayətçi Quba rayonu, Qonaqkənd kəndi istiqamətində yol hərəkəti qaydalarını pozmuş və nəticə də eyni istiqamətdə olan avtomobilə toqquşmuşdur. Ona görə də, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətçini və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə “VAZ 21063” minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Qonaqkənd yolu istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. X3 eyni istiqamətdə hərəkətdə olan “Mercedes C klas” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə YHH Qanunun 1.1 maddəsinin tələbini kobud şəkildə pozaraq onun qarşısından keçmək istəməsi və dönmə əməliyyatını yekunlaşdırmaq üzrə olması ilə əsaslandırmışdır. “X7” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 5-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir Həmin Qanunun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sürücü hərəkətə başlamazdan qabaq müvafiq manevri təhlükəsiz etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, lazımi diqqət və ehtiyatlılıq göstərərək eyni istiqamətdə hərəkət edən digər avtomobili görməli olduğu və görə biləcəyi halda, onu görməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM –nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar