Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-489/2020 23.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Quba şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küəsi, ev 4 mənzil 4-də yaşayan kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbinin pozulması barədə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Quba rayonu, Gədik-Qışlaq kəndində əmisi Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə protokol tərtib ətmiş şəxs X1 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Quba rayonu, Gədik-Qışlaq kəndində əmisi Zərərçəkmiş şəxs döymüşdür. Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 10 radələrində babalarına aid ziyarətgaha xəstə gətirmişdir. O, kənd qəbirstanlığında yerləşən ocağa gedib gələn şəxsin qorxuluğunu götürümüşdür. Bu zaman böyük əmisi Ağakərim ziyartgaha daxil olmuş və zəvvarların yanında artıq-əskik danışmağa başlamış, lakin, o, ona fikir verməyib çölə çıxmışdır. Zəvvar getdikdən sonra, o, içəri girib əmisindən, «niyə belə etdin, camaatdan ayıbdır»-demişdir. Buna baxmayaraq əmisi onu təhqir edib yaxasından dartıb çölə çıxarmış və bu zaman o, yerə, əmisi isə şam ağacının olduğu yerdə kolluğa düşmüşdür. Bundan sonra ata-baba qəbirlərinin yanında durmuşdur. Əmisi Ağakərim isə onu təhqir edərək, anasının ünvanına təhqiredici söyüşlərlə təhqir edib, onu öldürəcəyi ilə hədələmişdir. O, da evə gedib qaynar xəttə zəng edib şikayət edəcəyini bildirmişdir. Əmisi ona, «sənə dəfələrlə demişəm ki, ona dini qurumlar icazə vermiş və mən evdən çıxaram, səni də öldürərəm»-deyərək oradan uzaqlaşıb evinə getmiş, o, da evinə gəlmişdir. Ağakərim əmisi və 70 yaşı olduğuna görə, ondan heç bir yerə şikayət etməmişdir. Həmin vaxt yaxınlıqda olmuş Etibar Məmmədov bunun şahidi olmuşdur. Мəhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə, saat 10 radələrində o, pirə gedən maşının arxasınca pirə daxil olmuş və Mircəlalın ona məxsus yerdə oturduğunu görmüşdür. İçəri daxil olub gələnlərə salam vermiş və Mircəlala, «Sənə kim icazə verib ki, gəlib pirdə sahiblik edirsən və mən məscidin dini qurum sədri imamı olduğum zalda sənə bu icazəni verməmişəm»-demişdir. Lakin, Mircəlal onun sözlərinə məhəl qoymayıb pirə gələnlərə su içirtməklə məşğul olmuşdur. Adamlar getdikdən sonra, Mircəlal ona yaxınlaşıb yaxasından yapışıb onu nalayiq sözlərlə təhqir edərək boğazından tutub onu, «indi səni boğub öldürəcəyəm»-deyərək yumruqla sifətinə vurmuş və sürüyüb onu bayıra ataraq bayırda təkrar onun ünvanına söyüş söyərək yenə üz nahiyyəsindən yumruqla vurub itələmişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt onların yanında Etibar Məmmədov olmuşdur. Mübahisə zamanı o, Mircəlalı vurmamışdır, lakin, söyüşlərini onun özünə qaytarmışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs toplanmış material üzrə cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxx 2020-ci il tarixli qərarla, xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə hesab edirə ki, Şəxs hərəkətində İXM-nin 157-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasəndöymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, öz daxili inamıma əsaslanaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-489/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-489/2020
23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver