Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-489/2021 21.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Quba rayonu, Çartəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Çartəpə kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 20 may 2021-ci il tarixdə saat 10 radələrində Quba rayonunun Çartəpə kəndində evinin qarşısında Zərərçəkmiş şəxs məxsus “OPEL” markalı avtonəqliyyat vasitəsinə daş ataraq, 170 manat məbləğində ziyan vurmuşdur. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 20 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 20 may 2021-ci il tarixdə saat 10 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vahid onu söymüş, o da yerdən xırda daşları götürüb avtomobilə tərəf atmışdır. Hazırda etdiyi əməldən peşmandır. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 20 may 2021-ci il tarixdə saat 10 radələrində həmkəndlisi Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Yusif nalayiq söyüşlər söyərək, yerdən aldığı daş parçalarını onun avtomaşının qabaq sağ tərəfinə vurmuşdur. Nəticədə ona 170 manat məbləğində ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 20 may 2021-ci il tarixdə saat 10 radələrində Şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, Şəxs Quba rayonunun Çartəpə kəndində evinin qarşısında Zərərçəkmiş şəxs məxsus “OPEL” markalı avtonəqliyyat vasitəsinə daş ataraq, 170 manat məbləğində ziyan vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs onun qardaşıdır. 20 may 2021-ci il tarixdə saat 10 radələrində qardaşı Şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı Vahid Yusifin ünvanına nalayiq söyüşlər söymüşdür. Yusif Vahidi evlərindən uzaqlaşdırmaq məqsədilə avtomaşına daş atmışdır. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsüf olunmaqla o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan 07.06.2021-ci il cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tərkibi deyil, inzibati xəta tərkibi yaratdığı üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Avtomotorserviz və Ticarət Müəssisəsinin Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasından alınmış 26.05.2021-ci il tarixli, 1188 nömrəli ziyan aktına əsasən, “Opel-Zafira” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomaşına 170 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21,32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 170 (bir yüz yetmiş) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-489/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-489/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver