Məhkəmə qərarları › İş №3(027)-490/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-490/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-490/2024 12.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Qəcər-Zeyid kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba RPŞ-nin DYPB-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 19 aprel 2024-cü il tarixdə, saat 20 radəsində Quba şəhərinin Heydər Əliyev prospektində etibarnamə ilə idarə etdiyi “Hyundai Santafe” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını pozaraq qarşısında hərəkət edən X2 idarə etdiyi “Mercedes E200” markalı, **-HR-*** d.q.nişanlı avtomobili arxa sol tərəfdən vurmaqla əzmiş və nəticədə sonuncu avtomobilin sürücüsü X5 alnında sağda qançırhematoma, belində sağda qançır, döş qəfəsində sağda və sol əlində yumşaq toxumaların əziyi və qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Ona görə də Quba RPŞ DYPB-nin polis kapitanı X3 tərəfindən Şəxs barəsində 14 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə, saat 20 radələrində etibarnamə və “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Santafe” markalı, **-BN-*** dövlət-qeydiyyat nişanlı avtomobillə Quba şəhərinin Heydər Əliyev prospekti ilə Quba şəhər mərkəzi tərəfdən Bakı şəhəri istiqamətində 110 km/saat sürətlə hərəkətdə olduğu zaman hərəkət yoluna sol tərəfdən birləşən avtomobil yolundan nömrə və markasına fikir verə bilmədiyi bir avtomobil qəfildən qarşısına çıxmış və o, toqquşmadan yayınmaq üçün cəld sükanı sağa döndərmiş, həmin zaman avtomobilinin sağ qabaq təkəri sağ tərəfində eyni istiqamətdə hərəkət edən ağ rəngli Mercedes markalı, **-HR-*** dövlət- qeydiyyat nişanlı avtomobilin arxa sol təkərinə dəymiş və hər ikisinin avtomobili əzilərək onun avtomobili idarə etmədən çıxıb yolun sağ kənarındakı daş hasara dəyərək dayanmışdır. Öz avtomobilində tək olmuş və hadisə nəticəsində xəsarət almamışdır. Qarşı avtomobildə neçə nəfər olduğunu bilmir, səhv etmirsə iki nəfər imiş. Qarşı avtomobilin sürücüsü hadisədən sonra ona yaxınlaşmış, həmin zaman bilmişdir ki, adı Zaur Taqiyevdir. Həmin vaxta kimi onu tanımamışdır. Hərəkət yoluna çıxan avtomobil isə dayanmadan getmişdir. Hadisədə zamanı spirtli içki qəbul etməmiş, ayıq vəziyyətdə olmuşdur. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasının vaxtı və yeri barədə Quba Rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, Quba PPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 may 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbyacan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İlk dəfə inzibati xəta törətməsini və inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar