Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-491/2024 21.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba RPŞ DYPB-nin nümayəndəsi X9, X1 nümayəndəsi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələrilə tərtib olunmuş Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayət ərizəsilə müraciət edərək Quba rayon Polis Şöbəsinin barəmdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin xx.xx.2024 cü il tarixli Qərarına əsasasən 329.1-ci və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 ( dörd yüz ) manat məbləğində cərimə edilmə haqqında Qərarının ləğv edilib barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində **-BR-*** dövlət nömrə nişanlı “VAZ 2109” markalı avtomobil vardır. O, “şəkərli diabet” xəstəsi olduğu və müalicə aldığı üçün avtomobili yoldaşı Nümayəndə adınadadır. Yüksək şəkərli diabet xəstəsi olduğu üçün daim ev şəraitində hazırlanmış dərman vəsitələrindən istifadə edir. xx.xx.2024-cü ildə evdə tək olduğu zaman dərmanı bitdiyi üçün məcburiyyətdən avtomobilə əyləşərək aptekə getməli olmuşdur. Quba rayonu Alekseyvka kəndi ərazisindəki döngəyə çatan zaman DYPX-nın əməkdaşları onu saxladaraq - Təhlükəsizlik kəmərindən istifadə etmədiyini və alkokoldan istifadə etdiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrinə görə 400 manat məbləğində cərimə olnduğunu bildirmişlər. O, xəstə olduğunu və xəstəliyi ilə əlaqəli sənədləri göstərərək vəziyyətinin pisləşdiyini və dərman vəsitəsi almaq üçün aptekə getdiyini bildirsədə polis əməkdaşları onun sözlərinə əhəmiyyət verməmişlər və məsələyə qərəzli yanaşaraq cərimə olunduğunu və cəriməni ödəməli olduğunu bildirmişlər. O, şikayət ərizəsinə əlavə etdiyi xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının Əliliklə bağlı sənədindəndə aşkar olur ki, ona ikinci dərəcəli əlil diaqnozu qoyulmuşdur. DYPX-nin əməkdaşlarının onun barəsində tərtib etdikləri tənbeh vermə haqqında qərarı ədalətsizdir və iş üzrə materiallar araşdırılmalı, işə obyektiv yanaşılmalı və barəsində olan inzibati işə xitam verilməlidir. Barəsində tərtib edilmiş qərar ləğv edilməli və işə obyektiv yanaşılmalıdır. Məhkəmə iclasında X4 nümayəndəsi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 şəkər xəstəsi olduğunu spirtli içki qəbul etməmiş, dərman vasitəsi kimi tərkibində spirt olan məhlul qəbul etdiyi üçün test zamanı nəticə qetyd edilən kimi müəyyən olunmuşdur və ona görə də qeyd edilən qərarın ləğv edilməsini, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba RPŞ DYPB-nin nümayəndəsi X10 izahatında bildirmişdir ki, saxlanılan zaman qeydiyyat aparılmış və diskdə olan görüntülərdə X5 pivə içdiyini etiraf edir və sərxoş olması davranışından da aşkar müəyyən olunur. Şikayətdə qeyd olunan hallar həqiqəti əks etdirmir, ona görə də, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayət verən şəxsin və Quba RPŞ DYPB-nin nümayəndəsinin izahatını dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrilə tərtib olunmuş Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X5 400 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xüsusi texniki vasitə ilə alkoqolun miqdarını müəyyən edən yoxlanma nəticəsindən göründüyü kimi, X4 müayinəsi zamanı alkoqolun miqdarı 0.394% müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Təqdim edilmiş inzibati araşdırma görüntülərində X2 içki pivə içdiyini etiraf edir, nəfəsvermə ilə alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılmasına etiraz etmir və xüsusi texniki vasitənin nəticəsi ilə razılaşır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* elektron qərar faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X4 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* qərarın ləğv edilməsi barədə X4 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-491/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-491/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver