Məhkəmə qərarları › İş №3(027)-493/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-493/2020

25.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-493/2020 25.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, xx xxx 1982-ci ildə Quba rayonu, Timiryazev qəsəbəsində anadan olmuş, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində “BC” kateqriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “VAZ-2109” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Xaçmaz yolunda Quba rayon, Alekseyevka kəndi ərazisində dumanlı hava şəraitində Xaçmaz şəhəri istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən qəflətən “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, yəni üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır tələbini pozub qarşı yola çıxaraq X1 idarə etdiyi “Mercedes Benz” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobillin sol yan tərəfi ilə toqquşmuş, nəticədə özü başın sol təpə nahiyyəsində və sağ əlin arxasında hərəsində bir yerdə əzilmiş-cırılmış yara, sifətində hər iki dizdə və sol baldırda çoxlu sıyrıq, sol bud sümüyünün yerini dəyişən ikiqat qapalı sınıqları, sol bayır topuğun və qamış sümüyünün aşağı 1/3-nin qapalı sınıqlarından ibarət dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olan yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı Quba rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X3 tərəfindən Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Bildirmişdir ki, avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Hazırda əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib edən şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 37 №li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə barədə protokolun surətindən görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan, “xxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 1660 nömrəli ziyan aktından görünür ki, “Mercedes Benz” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı texniki cəhətdən yararsız vəziyyətə salındığından X2 5213 manat məbləğində maddi ziyan dəymişdir. iş materiallarında olan Quba rayon prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar