Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-494/2020 25.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1977-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 2016-cı ilin yanvar ayında ünvan 2 ünvanında yaşayan Hacıbaba Zəkəriyev qaz sərfiyatı üçün yaranmış borcu ödəmək məqsədi ilə X1 Quba rayon Qaz İdarəsində nəzarətçi-çilingər vəzifəsində işləyən Şəxs 230 manat pulu verərək, Şəxs həmin məbləği onun abonent bazasına ödəyib qəbzi ona təqdim etməsini bildirərək razılaşdıqlarını, lakin vət. Şəxs həmin pulu ondan götürüb qəbzi bir gün sonra ona təqdim edəcəyini söz versə də, Zərərçəkmiş şəxsa ödəniş qəbzini təqdim etməmiş və 230 manat pulu mənimsəmiş, həmin məbləğdən 30 manat ödəyərək, H.Zəkəriyəvə 200 manat borcu qalmışdır. Buna görə də Zərərçəkmiş şəxs 200 manat maddi ziyan dəymişdir. Buradan da görünür ki, Şəxs öz qulluq mövqeyindən sui istifadə edərək Zərərçəkmiş şəxs pulunu talamışdır. Bununla bağlı Quba rayon Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 2013-cü il tarixdə X2 Quba rayon Qaz İdarəsində nəzarətçi-çilingər vəzifəsində işlədiyi dövrdə, 2013-cü ilin fevral ayında Quba şəhər H.Əliyev küçəsində yaşayan Zərərçəkmiş şəxs qaza borcu olduğu üçün 200 manat qaz pulunu yerində ödəmiş və o, həmin məbləği abonentin hesabına köçürülməsi üçün İdarəyə təqdim etmiş, təxminən 3 ay sonra isə həmin 200 manat pul isə abonentin ödəniş bazasına köçməmişdir. Buna görədə o, H Zəkəriyeva həmin 200 manat pulun onun ödəniş bazasına köçmədiyini bildirmiş və bu barədə X9 gəlib şikayət etməsini demiş, lakin həmin abonent bu barədə heç bir yerə şikayət etmədiyini qeyd etmişdir. Təxminən 4 il keçəndən sonra H.X5 gələrək həmin pulun onun abonent bazasına köçmədiyinə görə şikayətini bildirmiş, idarədən isə onu şikayət etməsi üçün Quba rayon prokurorluğuna göndərmişdir. O, isə bu barədə X7 satış şöbəsinin rəislərinə şikayət etmiş və onun deməsinə görə təxminən 20-30 abonentin qaz pulları satış şöbəsində ödəniş bazasına köçürülməmişdir. Həmin qəbzlər “Komtet” LTD şirkətinə məxsus olduğunu qeyd etmiş və bu barədə həmin şirkətə də şikayət etdiyini göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs 200 manat pulunu Qaz idarəsinin satış şöbəsinə ödəməsini və onun bu məsələdə heç bir qanunsuz hərəkətlərinin olmadığını və Zərərçəkmiş şəxs heç bir pul borcunun olmamasını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi X3 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir.Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 2016-cı ilin yanvar ayında ünvan 2 ünvanında yaşayan Hacıbaba Zəkəriyev qaz sərfiyatı üçün yaranmış borcu ödəmək məqsədi ilə X1 Quba rayon Qaz İdarəsində nəzarətçiçilingər vəzifəsində işləyən Şəxs 230 manat pulu verərək, Şəxs həmin məbləği onun abonent bazasına ödəyib qəbzi ona təqdim etməsini bildirərək razılaşdıqlarını, lakin vət. Şəxs həmin pulu ondan götürüb qəbzi bir gün sonra ona təqdim edəcəyini söz versə də, Zərərçəkmiş şəxsa ödəniş qəbzini təqdim etməmiş və 230 manat pulu mənimsəmiş, həmin məbləğdən 30 manat ödəyərək, H.Zəkəriyəvə 200 manat borcu qalmışdır. Buna görə də Zərərçəkmiş şəxs 200 manat maddi ziyan dəymişdir. Buradan da görünür ki, Şəxs öz qulluq mövqeyindən sui istifadə edərək Zərərçəkmiş şəxs pulunu talamışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-494/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-494/2020
25.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver