Məhkəmə qərarları › İş №3(027)-498/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-498/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-498/2021 25.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 oğlunun, zərərçəkmiş şəxs X14 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 iştirakı ilə X13 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 oğlu tərəfindən X13 barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə 25.06.2021-ci il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Quba rayon Məhkəməsinin 22.08.2014-cü il tarixli, 2(027)-1395/2014 saylı icra sənədinə əsasən borclu X7 19.11.2002-ci il təvəllüdlü X9, 13.01.2005-ci il təvəllüdlü X6 və 18.07.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün 22.07.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment tələbkar X15 verilməldir. Qeyd olnan icra sənədi şöbənin icraatına 13.10.2014-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbini heç bir üzürlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin səmərəli təmin etmək məqsədi ilə borculaların bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Hazırda borclu M.Ağamirzəyev bu vaxta qədər 6368 manat ödəniş etmişdir. İcra sənədi üzrə aliment borcu 5252 manat təşkil edir. X13 barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X13 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Quba rayon Məhkəməsinin 22.08.2014-cü il tarixli, 2(027)-1395/2014 saylı icra sənədinə ondan 19.11.2002-ci il təvəllüdlü Ağamirzəyev Hacı Məmməd oğlunun, 13.01.2005-ci il təvəllüdlü X6 və 18.07.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün 22.07.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment X15 verilməldir. O, indiyə qədər aliment pulundan hər ay tələbkara ödəmiş, maddi imkanı olmadığından, həmin borcu tam şəkildə ödəyə bilməmişdir. Heç bir iş yeri və aylıq gəliri, həmçinin banklarda əmanətləri, daşınar və daşınmaz əmlakı yoxdur. Lakin borcunu ödəməkdən imtina etmir, bu borcu hissə-hissə ödəyəcəkdir. Göstərdiyi halların nəzərə alınmasını və hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 izahatında göstərmişdir ki, hal-hazırda X12 qarşı heç bir tələb və şikayəti yoxdur, hazırkı X13 barəsində inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 22.08.2014-cü il tarixli, 2(027)- 395/2014 saylı icra vərəqəsindən görünür ki, X18 ilə X8 ər-arvad kmi birgə yaşadıqları dövrdə 19.11.2002-ci il təvəllüdlü X9, 13.01.2005-ci il təvəllüdlü Ağamirzəyeva Nazlı Məmməd qızının və 18.07.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün 22.07.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment tutularaq, Lalayeva Afət Rahim qızına verilməldir. İş materiallarından görünür ki, X8 adına daşınmaz əmlak və bank əmanətləri yoxdur. X3 mülkiyyətində “Vaz 21061” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobil mövcuddur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X18 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, X8 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 rayon Məhkəməsinin 22.08.2014-cü il tarixli, 2(027)-1395/2014 saylı icra sənədinin icrasıyla bağlı icra məmurunun qanuni tələlərini yerinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, zərərçəkmişlə aliment borcunun ödənilməsi barədə razılığa gəlmişlər. İşdəki sübutlarla Şəhriyar Süleymanovun üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, X8 əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, X19 oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X13 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar