Məhkəmə qərarları › İş №3(027)-5/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-5/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-5/2024 08.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında xx.xx.2023 -cü il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayətə baxılması üçün X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Elokologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Reginal Elokologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023 -cü il tarixli, MN ******* № li qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X5 xx.xx.2023-cü ildə tarixdə tanışının ad günün qeyd etmək məqsədi üçün Quba rayonunu Atuc kəndindən 2 km şərq istiqamətində meşəlik ərazidə tanışları ilə oturaraq qeyd etmişlər. Bu vaxt onlar ad günü qeyd etmək istəyəndə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara yaxınlaşaraq burda nə etdiklərini soruşmuşlar, onlar isə sadəcə ad günün qeyd edərək yeyib içdiklərini bildirmişlər. Bu vaxt yanında olan tanışlarına əllərində ov silahı olduğu üçün cərimə tətbiq etmişlər. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun əlində silah olmadığı üçün maşına baxış keçirmişlər. Maşından ov silahlarını tapmışalr və Azərbaycan Respublikasının inzibatı maddəsi 1000 (min) manatıi cərimə yazmışlar. Halbuki onun silahı açıq aşkar deyildi maşının baqaj hissəsində heç patronuda olmayıb, bütün bunları nəzərə almayaraq onu cərimə etmişlər. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən tərtib edilən inzibati xətalar məcəlləsinin 272.3-cü maddəsi ilə 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X6 qərarı müdafiə edərək bildirmişdir ki, Əbülfərz Mütəllibov və onun tanışları ov ərazisində olarkən ov güdüblər. Şikayətdə qeyd olunan hallar özünü müdafiə xarakteri daşıyır.Şikayətçi protokol və tərtib olunmuş aktı imza edərək təqsirli olmalarını etiraf etmişlər. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Quba rayonu Qonaqkənd kəndi ərazisində “Cəlair” yaylağı adlanan ərazidə özünə məxsus ov silahı ilə qanunsuz ovla məşqul olmuşdur. İş materiallarında olan xx.xx.2023 -cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 (bir manat) məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İşin hallarına əsasən X5 lazımı icazə sənədi olmadan qanunsuz olaraq ovla məşğul olması əsası ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati cərimə olunmuş və o barəsində olan qeyd edilən qərardan şikayət vermişdir. İnzibati qərar qəbul edilənədək aparılan inzibati araşdırma zamanı X3 ov ərazisində tüfənglə ov etməsi inzibati məsuliyyətə cəlb olunma əsası kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydalarının 1.2-ci bəndinə əsasən ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə əhəmiyyət kəsb edən məlumatlar, yəni xətanın törədildiyi yerin “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerinə aid olması, onların məqsədinin ov etmək olması öz təsdiqini tapmışdır. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə X5 və dostları ilə Quba rayonu, Atuc kənd ərazisində yerləşən meşəlik əraziyə gedərək ov silahları ilə ov ovlamaq istəmişlər. X1 şikayətində ov silahları ilə heyvan ovuna çıxmadıqlarını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Göründüyü kimi inzibati araşdırma aparılan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tələblərinə riayət etməyərək, icazə sənədi olmadan ovla məşğul olma tələblərini pozmuşdur. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar