Məhkəmə qərarları › İş №3(027)-500/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-500/2020

01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-500/2020 01.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Quba rayonu, Alpan kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbinin pozulması barədə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 1900 radələrində Quba rayonu, Vladimirovka kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə protokol tərtib ətmiş şəxs X2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 1900 radələrində Quba rayonu, Vladimirovka kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs döymüşdür. Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır.Onunla 2007-ci ildə ailə qurmuş və iki uşağıda var.Lakin son iki ildir ki Esmira anası ilə yola getmədiyi üçün onu Vladimrovka kəndində bibisindən ona vərəsə kimi qalan evə ararıb yerləşdirib.Onunla 2-3 ay birlikdə orada yaşasaqda sonradan Alpan kəndinə ata evinə qayıdıb. Esmira isə həmin evdə qalaraq iki uşağı ilə yaşayır.Sonradan Esmira ondan xəbərsiz məhkəməyə müraciət edərək həmin evə yaşamaq hüququ alıb.O, da həmin evi qardaşına satdığından qardaşı da həmin evə köçmək üçün Esmiranı evdən çıxarmasını istəyib.O da Esmitraya dəfələrlə evdən çıxmasını desə də o evdən çıxımır.Bununla bağlı aralarında bir neçə dəfə mübahisələri olub. xx.xx.2020-ci il tarixdə saat 19 radlələrində Esmiranın yaşadığı Vladimirovka kəndində olan evə gəldiyi vaxt Esmira ona Quba şəhərinə getdiyini dediyi üçün onunla aralarında mübahisə yaranmışdır.O Esmiraya niyə ona demədən Quba şəhərinə getdiyini bildirən də o əcəb eləmişəm, sən kimsən deyə kobud cavab verdiyindən əsəbiləşib onun üstünə qışqıraraq əlilə itələyib yıxmışdır.Esmirada onu evdən qovmuşdur.O da oradan çıxıb Alpan kəndinə ata evinə qayıtmışdır.Esmiranın boğazından tutub yerə yıxmamış onun başına və bədəninə vurmamışdır.Mübahisələri Esmiranın yaşadığı evdə olub.Həmin vaxt orada kənar şəxslərdən heç kim olmayıb.Aralarında olan mübahisə isə 10 dəqiqə davam edib.Esmira ilə bir il yarımdır birlikdə yaşamır.Onunla son bir il yarımda aralarında heç bir dava dalaş olmayıb. Мəhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Şəxslə 2007-ci il tarixdə ailə qurub və 2 işaqları da var.Lakin Cümşüdlə yola getmədiyindən uşaqlara birlikdə Cümşüddən ayrı yaşayır.Yaşadığı ev Cümşüdün adlına olduğundan xx.xx.2020-ci il tarixdə Cümşüd onun yaşadığı evə gəlib onu evdən qovmaq üçün evdən çıx get deyərək evin içində yerə yıxaraq əli ilə başına və bədəninə ,odunlada başına və bədəninə vuraraq, evdən çıxıb getməsə onu öldürəcəyini deyərək sözlə hədələmişdir.Mübahisələri yaşadığı evdə olub və 10-15 dəqiqə davam edib.Mübahisə vaxt kənar şəxslərdə heç kim olmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs toplanmış material üzrə cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarla, xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə hesab edirə ki, Şəxs hərəkətində İXM-nin 157-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinəvəya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini ,himayəsində iki nəfər azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51-ci, 114, 157 və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar