Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-507/2023 07.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Xocavənd rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, st. Sumqayıtda nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 07 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saat 18:30 radələrində Quba rayonu, Nügədi-Qazmalar kəndində küçədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 söyərək təhqir etmiş və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək bir şəxsin ona sataşdığını və sonra söyərək təhqir etdiyi barədə ərizəsi daxil olmuş və “102” xidmətindən şikayət daxil olmuşdur. Müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 18:30 radələrində Quba rayonu, Nügədi-Qazmalar kəndində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 söyərək təhqir etmiş ətrafdakı şəxslərə məhəl qoymadan ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 18:30 radələrində idarə etdiyi avtomobillə hərəkətdə olarkən özündə olmadığından başını avtomobilin şüşəsindən kənara çıxararaq xanım sürücüyə sataşmışdır. Sonra xanım sürücü avtomobili saxlayaraq yanında olan qadınla birlikdə ona irad bildirdikdə, aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı əsəbləşərək o da onları söymüşdür. Hazırda əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 18:30 radələrində idarə etdiyi avtomobillə hərəkətdə ailə üzvlərilə birlikdə olarkən bir şəxs başını avtomobilin şüşəsindən kənara çıxararaq ona sataşmışdır. Sonra o avtomobili saxlayaraq həmin sürücüyə irad bildirdikdə, aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı həmin şəxs onları nalayiq formada təhqir etmişdir. Şikayətçidir və cəzalanmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 18:30 radələrində qızının idarə etdiyi avtomobillə hərəkətdə olarkən qızı bir şəxsin ona sataşdığını bildirmiş və saxlayaraq həmin sürücüyə irad bildirdikdə, aralarında mübahisə düşmüşdür. Yaşlı qadın olmasına baxmayaraq mübahisə zamanı həmin şəxs onları nalayiq formada təhqir etmişdir. Özü şəhid anasıdır, şikayətçidir və cəzalanmasını xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini və xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. AR İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu 06 aprel, 2023-cü il 18:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində barəsində 5 (beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın müddətinin əvvəli 06 aprel 2023-cü il, saat 18:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-507/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-507/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver