Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-508/2022 24.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında elektron qərarlarından barəsində inzibati xəta haqqında qərarlar çıxarılmış şəxs X9 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏ YYƏN E T D İ M: X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində DİN BDYPİ tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli, EQ nömrəli ******* nömrəli, 13 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli, 05 fevral 2021-ci il tarixli, EQ nömrəli ******* nömrəli, 28 fevral 2021-ci il tarixli EQ nömrəli ******* nömrəli, 28 fevral 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 30 may 2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 30 may 2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 02 iyun 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 24 iyun 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 24 iyun 2021ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 18 iyul 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 18 iyul 2021-ci il tarixli. EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 16 avqust 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 30 avqust 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 08 sentyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 12 sentyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 26 sentyabr 2021-ci il tarixli, EQ nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 09 oktyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 26 oktyabr 2021-ci il tarixli, EQ8140567 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 11 noyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 14 noyabr 2021-ci il tarixli, EQ 8298052 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 02 dekabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 08 dekabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 27 dekabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın, 01 yanvar 2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildən hal-hazıra kimi Quba RİHB-nm Amsar kənd İƏD üzrə nümayəndəliyində baş mühasib vəzifəsində işləyir. 2018-ci ildə tanışı və həmkəndlisi X3 QAZ-310290 markalı **-BS-*** dövlə qeydiyyat nişanlı avtmobili satdığını öyrənmişdir. Bundan sonra o, Müslüm Abıyevlə həmin avtomobilin alğı-satqısı barədə danışaraq avtomobili 3500 manata almış və bu barədə ona etibarnamə vermişdir. 11.10.2019-cu il tarixdə avtomobilə dair yeni hazırkı qeydiyyat nömrəsi aldıqdan sonra ona 23.11.2028-ci il tarixə kimi etibarnamə vermişdir. Avtomobili aldıqdan bir müddət sonra onun müxtəlif hissələrinin tez-tez sıradan çıxdığını gördmüş və avtomobili bəyənmədiyini mülkiyyətçisi Müslüm Abıyevə bildirmişdir. Avtomobili satmaq qərarına gəlmiş və X18 adlı şəxsə 1500 manata avtomobili satmışdır. Lakin avtomobili satarkən etibarnaməni Müslüm Abıyevə vermişdir. Təxminən on gün bundan əvvəl onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığını öyrənmişdir. Bunun nədən baş verdiyini müəyyən etmək üçün həmin qərarı rəsmi qaydada alanda onun İXP ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə cərimələrini ödəmədiyi üçün barəsində Quba Rayon Məhkəməsinin 3(027)-694/2021 saylı, 13.09.2021-ci il tarixli inzibati xəta haqqında qərarının qəbul edildiyi ona məlum olmuşdur. Həmin qərarların nədən ibarət olduğu nə zaman yazıldığını öyrənmək üçün Quba RPŞ-nın DYP bölməsinə müraciət etmiş, ona məlum olmuşdur ki, o, həmin avtomobili Sumqayıt şəhərində yaşayan X1 da, avtomobilə dair etibarnaməni mülkiyyətçi X10 vermişdir. Bundan sonra 01 dekar 2019-ci il tarixdə X11 həmin etibarnamə əsasında avtomobilə dair Sumqayıt şəhərində yaşayan X4 etibarnamə vermişdir. Daha sonra isə X8 Bakı şəhərində yaşayan X6 etibarnamə vermişdir. Avtomobilin miilkiyətçisi X5 X7 verdiyi etibarnamənin vaxtı bitsə də, həmin avtomobil idarə edilməyə davam etmişdir. Bundan sonra onun barəsində müxtəlif vaxtlarda yol hərəkəti qaydalarını pozmasına dair müxtəlif protokollr tərtib edilərək, cərimə olunmuşdur. Beləliklə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar nəqliyyat vasitəsinin satdığı yəni 29.11.2019-cu il tarixdən sonra baş vermişdir. Həmin tarixdən sonra nəqliyyat vasitəsini o, idarə etməmişdir. O, Quba rayonu Amsar kəndində yaşayı. İnzibati xəta haqqında protokollardan göründüyü kimi həmin hadisələrə Bakı şəhərində törədilmişdir. O, isə 2014cü ildən hal-hazıra kimi Quba RİHB-nm Amsar kənd İƏD üzrə nümayəndəliyində Baş mühasib vəzifəsində işləyir. İnzibati xəta haqqında protokolların tarixlərində o, işdə olmuşdur. Şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edirəm ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında elektron qərarlarından barəsində inzibati xəta haqqında qərarlar çıxarılmış şəxs X9 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə inzibati xəta haqqında bir neçə qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X9 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-508/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-508/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver