Məhkəmə qərarları › İş №3(027)-510/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-510/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-510/2021 21.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə Şəxs (ünvanı: Quba rayonu, Dəlləkli kəndi; qanuni təmsilçisi: X5; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Quba regional ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, X2 2020-ci il sentyabr, oktyabr aylarında Şəxs-də əmək müqaviləli (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən də AR-nin Əmək Məcəlləsinin 44-cü və 49-cu maddələrin tələblərini pozmuşdur. Həmin faktla bağlı Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən araşdırma aparılmış, 29 may 2021-ci il tarixli qərarla Şəxs-nin icraçı direktoru X1 barəsində cinayət işinin başlanması rədd edilmiş, AR İXM-nin 192-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün 12 saylı Region üzrə X3 göndərilmişdir. Fakt üzrə DƏMX-nin Quba Regional Ərazi Şöbəsinin baş əmək müşfəttişi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 01 iyul 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba rayon məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 3(027)-510/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən apelyasiya şikayəti verilərək, borclu barəsində qeyd edilən qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 3(105)-631/2021 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 3(027)-510/2021 saylı qərarı ləğv edilmiş, Şəxs barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional ərazi Şöbəsinin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsindən 3 aylıq müddət keçdiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional ərazi Şöbəsi tərəfindən 01 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsindən 3 aylıq müddət keçdiyi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba regional ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar