Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-511/2022 24.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYPİ-nin 06.01.2019-cu il tarixli EQ493083 saylı, 06.01,2019-cu il tarixli EQ492585 saylı, 30.12.2018-ci il tarixli EQ452417 saylı, 30.12.2018-ci il tarixli EQ 451973 saylı, 30.12.2018-ci il tarixli EQ 451941 saylı, 29.12.2018-ci il tarixli EQ 444669 saylı, 27.01.2018-ci il tarixli EQ434779 saylı, 22.12.2018-ci il tarixli EQ410727 saylı, 17.12.2018-ci il tarixli EQ390721 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, Müəyyən etdi: İş materiallarında olan sənədlərdən görünür ki, X2 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYPİ-nin 06.01.2019-cu il tarixli EQ493083 saylı, 06.01,2019-cu il tarixli EQ492585 saylı, 30.12.2018-ci il tarixli EQ452417 saylı, 30.12.2018-ci il tarixli EQ 451973 saylı, 30.12.2018-ci il tarixli EQ 451941 saylı, 29.12.2018-ci il tarixli EQ 444669 saylı, 27.01.2018ci il tarixli EQ434779 saylı, 22.12.2018-ci il tarixli EQ410727 saylı, 17.12.2018-ci il tarixli EQ390721 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokollar üzrə çıxarılmış qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Məhkəmə inzibati xəta materialını araşdırıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYPİ-nin 06.01.2019-cu il tarixli EQ493083 saylı, 06.01,2019-cu il tarixli EQ492585 saylı, 30.12.2018-ci il tarixli EQ452417 saylı, 30.12.2018-ci il tarixli EQ 451973 saylı, 30.12.2018-ci il tarixli EQ 451941 saylı, 29.12.2018-ci il tarixli EQ 444669 saylı, 27.01.2018-ci il tarixli EQ434779 saylı, 22.12.2018-ci il tarixli EQ410727 saylı, 17.12.2018-ci il tarixli EQ390721 saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir inzibati tənbeh vermə barədə qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərarlardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edir ki, inzibati xəta haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYPİ-nin 06.01.2019-cu il tarixli EQ493083 saylı, 06.01,2019-cu il tarixli EQ492585 saylı, 30.12.2018-ci il tarixli EQ452417 saylı, 30.12.2018-ci il tarixli EQ 451973 saylı, 30.12.2018-ci il tarixli EQ 451941 saylı, 29.12.2018-ci il tarixli EQ 444669 saylı, 27.01.2018-ci il tarixli EQ434779 saylı, 22.12.2018-ci il tarixli EQ410727 saylı, 17.12.2018-ci il tarixli EQ390721 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv olunması barədə X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 oğluna geri qaytarılsın və şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-511/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-511/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver