Məhkəmə qərarları › İş №3(027)-512/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-512/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-512/2022 24.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında elektron qərarlarından barəsində inzibati xəta haqqında qərarlar çıxarılmış şəxs X13 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏ YYƏN E T D İ M: X8 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin 08.02.2019-cu il tarixli EQ654660 saylı inzibati tənbehvermə haqqında qərarının , AR Daxili İşlər Nazirliyi DYPİ-nin 08.02.2019-cu il tarixli EQ653768 saylı inzibati tənbehvermə haqqında qərarının , AR Daxili İşlər Nazirliyi DYPİ-nin 08.02.2019-cu il tarixli 653703 saylı inzibati tənbehvermə haqqında qərarının , AR Daxili İşlər Nazirliyi DYPİ-nin 08.02.2019-cu il tarixli 785914 saylı inzibati tənbehvermə haqqında qərarının , AR Daxili İşlər Nazirliyi DYPİ-nin 07.02.2019-cu il tarixli EQ 649962 saylı inzibati tənbehvermə haqqında qərarının , AR Daxili işlər Nazirliyi DYPİ-nin 07.02.2019-cu il tarixli EQ 648550 saylı inzibati tənbehvermə haqqında qərarının , AR Daxili İşlər Nazirliyi DYPİ-nin 05.02.2019-cu il tarixli EQ 639168 saylı inzibati tənbehvermə haqqında qərarının , AR Daxili İşlər Nazirliyi DYPİ-nin 02.02.2019-cu il tarixli EQ627533 saylı inzibati tənbehvermə haqqında qərarının, AR Daxili İşlər Nazirliyi DYPİ-nin 24.01.2019-cu il tarixli EQ583808 saylı inzibati tənbehvermə haqqında qərarının, AR Daxili İşlər Nazirliyi DYPİ-nin 24.01.2019-cu il tarixli EQ583798 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə X12 məxsusdur. Qeyd edilən nəqliyyat vasitəsinə 22.06.2012-ci il tarixli AB 675523 saylı qeydiyyat şəhadətnnaməsi verilmişdir. **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil hal- hazırda etibarnamə əsasında onun istifadəsindədir. X3 məxsus olsa da, ilk gündən avtomobili X10 idarə etmiş, sonradan avtomobilə dair müxtəlif şəxslərə etibarnamələr vermişdir. 20.10.2013-cü il tarixində X7 adına etibarnamə verilmiş, etibarnamənin müddəti 20.04.2014-cü il tarixində bitmişdir. Lakin qeyd avtomobilin mülkiyyətçisinə də məlum olmayan səbəblərdən 90- NV-523 dövlət qeydiyyat nişanlı avtomobil başqa bir şəxsin- X2 verilmişdir. Bununla bağlı X15 dəfələrlə hüquq- mühafizə orqanlarına müraciət etmiş, özünə məxsus olan avtomobilin geri qaytarılmasını xahiş etmişdir. X4 avtomobili X12 qaytarılmamış, nəticədə X5 inzibati qaydada törətdikləri xətalarla bağlı cərimələr X11 adına gəlmişdir. Avtomobilim saxlanması üçün BDYPİ-nə edilən müraciətlərdən sonra müraciət araşdırılmış, müvafiq tədbirlərin görülməsi üçün ərizə Xaçmaz RPŞ-nə göndərilmiş və RPŞ-dən verilmiş məlumatla sübut olunmuşdur ki, VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil 21,07.2016-cı il tarixdən X1. Nəticədə avtomobilin mülkiyyətçisi olan X6 Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus olan VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin X5 qanunsuz sahibliyindən alınaraq özünə qaytarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 17.11.2016-cı il tarixli 2(067)-6072/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin X5 qanunsuz sahibliyindən alınaraq X12 qaytarılması qət edilmişdir. 22.04.2019-cu il tarixli ərizədən görünür ki, X15 ərizə ilə Xaçmaz İcra və Probasiya şöbəsinə müraciət edərək avtomobilin özünə qaytarılmasını nəzərə alaraq icra səhədinə xitam verilməsini xahiş edir. 22.04.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki,Xaçmaz rayon məhkəməsinin 2(067)-6072 saylı, 17.11.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Ərizəmə əlavə etdiyim Xaçmaz Rayon Məhkəməsinin 17.11.2016-cı il tarixli 2(067)- 6072/2016 saylı qətnaməsindən də görünür ki, VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, 90- NV-523 dövlət qeydiyyat nişanlı avtomobil uzun müddət qeyri-şəxslərin sahibliyində və istifadəsində olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 17.11.2016-cı il tarixli 2(067)- 6072/2016 saylı qətnaməsində məhkəməninn araşdırması və gəldiyi nəticə bunun açıq sübutudur. Lakin 02.10.2014-cü il tarixdən başlayaraq 24.01,2019-cu il tarixədək onlar tərəfindən yol verilmiş inzibati xəta ilə bağlı qərarlar onun adına gəlmişdir. Halbuki inzibati xətalara onun tərəfindən törədilməmişdir və bu xətaların törədilməsinə görə yazılmış cərimələrin ondan tələb edilməsi qanunsuzdur. Şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edirəm ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında elektron qərarlarından barəsində inzibati xəta haqqında qərarlar çıxarılmış şəxs X13 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə müxtəlif vaxtlarda bir şəxs tərəfindən törədilmiş inzibati xətalara görə tərtib edilmiş qərarlardan eyni vaxtda bir ərizə ilə şikayət verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X13 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar