Məhkəmə qərarları › İş №3(027)-515/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-515/2020

06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-515/2020 06.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Quba rayonu Qırız kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Qırız kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbinin pozulması barədə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 1800 radələrində Quba rayonu, Qırız kəndi ərazisində X2 atası Rasim Camiyev aralarında yaranmış mübahisə zəmnində qonşuları Zərərçəkmiş şəxs vuraraq ona müxtəlif xəsarətlər yetirmişdir. Məhkəmədə protokol tərtib ətmiş şəxs X3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Quba rayonu, Qırız kəndi ərazisində X2 atası-Rasim Camiyev ilə birlikdə aralarında yaranmış mübahisə zəmnində qonşuları Zərərçəkmiş şəxs sol əlin baş barmağının arxa səthinin sıyrıqla nəticələnən sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir.Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx xxxx 2020-ci il tarixdə, günorta vaxtlarında öz işi ilə əlaqədar Quba rayon bazarında imiş. Evə gəlmək üçün avtomobilinə yaxınlaşıb qapını açıb əyləşmək istəyəndə qonşu İkram onu görüb aralıdan qışqıraraq onu çağırmışdır və yaxınlaşıb söymüşdür ki, niyə həyətimin qarşısından maşın sürürsən. İkram sərxoş olmuşdur. Onun maşınında kənd sakini Tural Barat oğlu olmuşdur. İkrama baş qoşmayıb maşınına əyləşib kəndə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə isə, günorta vaxtı İkramın arvadı Dilşad onların qoyununun ayağını daşla vurub sındırmışdır deyə sabahısı gün, xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində bunu ona deyəndə İkram səs-küy salıb onların hamısını təhqir etməyə başlamışdır. Lakin o, İkramla dalaşmamışdır, onu vurmamışdır. Мəhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Rasim Camiyevlə qonşudur və 3 il olar ki, danışmır. Belə ki, 3 il bundan qabaq Rasim həyətləri arasında olan qaya daşından hördüyü divan sökmüşdür, bununla bağlı aralarında mübahisə olmuşdur və həmin vaxtdan danışmırlar. xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində həyətə düşüb heyvanlar üçün tayadan yaba ilə ot almaq istəyirmiş. Həmin vaxt Rasim öz həyəti tərəfindən səbəbsiz yerə onu söyməyə başlamışdır ki, sən mənim qoyunumun ayağını sındırmısan. Demişdir ki, mən iki gündür ki, evdən çıxmıram, sənin qoyununla nə işim var. Rasim söyə-söyə üstünə gəlmişdir ki, sən sındırmısan. Rasimin arxasınca da oğlu Üzeyir gəlmişdir. Rasim ona yaxınlaşa-yaxınlaşa yerdən daşlar götürüb üstünə atmağa başlamışdır. O, əlində yaba ilə həyətin daş hasarının dibinə qısılmışdır ki, daşlar ona dəyməsin. Həmin yerdə hasarın hündürlüyü 1 metr olar. Rasim gəlib özü tərəfdən hasarın dibinə yaxınlaşmışdır. Rasimin söyüşlərinə oğlu Rüfət evdən çıxıb Rasimin və onun oğlu Üzeyirin onu söymələrini görüb oğlu da hasara yaxınlaşıb onları söymüşdür. Bu vaxt Rasimin kiçik oğlu Rəvan hasara yaxınlaşıb əli ilə hasarın üstündən Rüfətin sifətinə bir şillə vurmuşdur, Rüfət yan üstə yerə yıxılmışdır. Həmin vaxt Üzeyir əlindəki daşla onun başından vurmaq istədikdə sol əlini qabağa vermişdir və Üzeyirin əlinin içindəki daş onun sol əlinin baş barmağının üstünə dəyib barmağının üstünü əzmişdir. Rasim isə əlinin içi ilə hasarın üstündən sifətinin sol göz nahiyyəsinə bir zərbə vurmuşdur. Oğlu Rüfətə də demişdir və hasardan kənarlaşmışlar. Həmin vaxt arvadı Dilşad da gəlib çıxmışdır. Rasimin arvadı Rübabə də həyətə düşmüşdür və aralarında söz mübahisəsi davam etmişdir. Daha onlara baş qoşmayıb evə keçib 102 xidmətinə zəng vurmuşdur. Bundan sonra dalaşma olmamışdır. Hadisə belə olmuşdur. O və oğlu Rüfət onlan vurmamışlar, onların qoyunlarına da toxunmamışlar, bu iki gündə onların heyvanlarını da görməmişlər. İki gün imiş ki, onu qarın ağrısı tutduğundan həyətə düşmürmüş. Münaqişə etdiyi yerdə başqa adamlar olmamışdır.Əlavə olaraq bildirdi ki, hazırda şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs və X4 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığı üçün rədd edilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxx 2020-ci il tarixli qərarla, xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində İXM-nin 157-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinəvəya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini ,himayəsində iki nəfər azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51-ci, 114, 157 və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar