Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-518/2024 04.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X11 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Quba Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN № ******* saylı 30 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 17:15 radələrində ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus müəssisədə keçirilən planlı yoxlama zamanı sertifkatsız tibbi praktiki fəaliyyət ilə məşğul olması faktları aşkarlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X24 izahat verərək bildirmişdir ki, yoxlama çox səthi aparılmışdır. İcbari tibbi sığortaya keçdikdən sonra sertifikatlaşmaya başlanılmışdır. Məcburi göstərişlər olmamış, vaxt verilməmiş, saxta bildiriş verərək, vaxt gözləmədən qısa müddətində yoxlama aparmışlar. Lövhədə bütün məlumatlar öz əksini tapmışdır. Qeyd etmişdir ki, sertifkatsız tibbi praktiki fəaliyyət ilə məşğul olması aşkarkanan X25 hazırda 6 ay müddətinə ixtisasartırma kursuna göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, lampalar tək iki otaqda olmamışdır, digər bütün otaqlarda sözügedən ıampalar olmuşdur. Bununla bağlı məcburi göstərişlər verilməmişdir. Vanna otağında çalışanlar tibb bacısı kursunu keçmiş şəxslərdir. Sertifikatda tibb bacısı kimi gedir. Lakin Səhiyyə Nazirliyi masajist tibb bacısı olmadır deyə qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza X31 X36 Müəssisələrində Planlı (Növbəti) Yoxlama Aktına imza etmişdir. Qeyd edilən məsələ ilə bağlı məcburi göstərişlər verilməli olduğu halda verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokol əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza X31 X36 Müəssisələrində Planlı (Növbəti) Yoxlama Aktından görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus müəssisədə keçirilən planlı (növbəti) yoxlama xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə keçirilmişdir (Şahdağ Quba & Truskavest Sanatoriyası). Müəssisədə görülən işlərə dair tibbi qeydiyyat sənədləri özləri tərtib edilmiş formalar və qaydalarla aparılır. Tibbi statistik hesabatlar Səhiyyə Nazirliyinə təqdim edilmir. Çalışan işçilərin dövri tibbi müayinələrdən keçməsinə dair təsdiqedici sənədlər yoxdur. Müəssisədə tələb olunan otaqlar üzrə "xxxx" lampalar və ya “resirkulyatorlar” quraşdırılmamışdır. Havalandırma sisteminə texniki qulluq barədə təsdiqedici sənədlər təqdim edilməmişdir. Bəzi prosedur otaqlarında çarpayıların üzlüklərinin tamlığı pozulmuşdur. Duş “şarko” prosedurunun keçirilən sahəsində işin təşkili natamamdır. Nəm prosedurlar keçirilən otaqlarda təhlükəsiz ayaqaltı məmulatları ilə təmin olunmamışdır. Laboratoriya sahəsində mövcud cihazların iş prinsipinə müvafiq təlimatları tərtib ediləməmiş, nəzarət-kalibrasiya işlərinə dair təsdiqedici qeydiyyat sənədləri yoxdur, temperatura nəzarət vərəqələri tərtib edilməmiş, soyucudu 1 ədəddir, biomateriallar ilə reagentlər eyni soyuducuda birgə saxlanılır, fərdi mühafizə vasitələri məhduddur. Laboratoriyanın tədqiqat sahəsində personal üçün ilk tibbi yardım dolabı təşkil ediməmişdir. Müəssisənin "xxxx" MMC-yə məxsus tibb müəssisəsi ilə müqaviləsi əsasında bir qisim nümunələr müayinə olunması üçün göndərilir. Lakin nəticələri öz loqoları ilə təqdim edilir. Tibbi tullantıların idarə olunmasına dair tələblərə müəssisədaxili iş tam olaraq uyğunlaşdırılmamışdır. Mövcud "xxxx" lampaların işlədilməsinə dair qeydiyyat jurnalı yoxdur. Müəssisədə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktları aşkarlanmışdır: Əmək müqaviləsinin bildiriş sənədinə əsasən həkim-terapevt X25, laborant X1, tibb bacısı X14, tibb bacısı X4, tibb bacısı X5, masajist X8, əmək müqaviləsinin bildiriş sənədinə əsasən sanatoriya servis işçisi X2, texniki işçilər, lakin fəaliyyətləri üzrə tibb bacısı xidmətini göstərən şəxslər: X9, X6, X3, X7, X19, X10 və s. Fotoşəkillər çəkilmiş, iş materiallarına əlavə edilmişdir. X18 Məcəlləsinin 215.4-cü maddəsi üzrə (aptek təşkilatına dair tələblərin pozulmasına görə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 10 may 2024-cü il tarixli 3-28-1/3-2-552/2024 saylı qərardan görünür ki, Şəxs MMC–nin fəaliyyətinin yoxlanması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məxsus müəssisədə sertifkatsız tibbi praktiki fəaliyyət ilə məşğul olması müəyyən olunmuşdur. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131 və 464-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-518/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-518/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver