Məhkəmə qərarları › İş №3(027)-52/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-52/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-52/2025 31.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında Quba rayon DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 25425775 nömrəli qərardan verilmiş şikayətə baxaraq, müəyyənetdim: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 25425775 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 07 yanvar 2025-ci il il tarixdə təxminən saat 14 radələrində şəxsi işi ilə əlaqədar Qusar şəhərinə getmək üçün Quba şəhərindən özünə məxsus TOYOTA LAND- CRUİSER-PRADO markalı ** TN *** dövlət qeydiyyat nişanlı maşını idarə edərək hərəkətdə idi. X4 istiqamətinə qalxan şosse yola daxil olarkən qabağı ilə eyni istiqamətdə hərəkətdə olan VAZ-2104 markalı avtomaşın yolun sağında dayanmış sərinişini götürmək üçün qəfildən avtomaşını saxladı. O, həmin avtomaşınla arxa tərəfindən toqquşma baş verməsinin qarşısını almaq məqsədilə sol tərəfindən ötməyə məcbur olmuşdur. Bu zaman onun avtomaşınının sol təkərləri şosse yolun orta xəttini tapdaladı. Bununla da zahirən o, yol hərəkəti qaydasını pozmuş oldu və həmin anı yolun kənarındakı TŞ 024 № li Təhlükəsiz Şəhər kamerası qeydə aldı və o, DİN BDYPİnin qərarı ilə AR İXM-nin 327.2-ci maddəsilə 100 manat məbləğində cərimə tənbehinə məruz qaldı. Hansıki həmin qərarı mən aşağıda göstərilən səbəblərə görə əsassız hesab edir. Belə ki, o, həmin inzibati xətanı iradəsindən asılı olmayan səbəbə görə törətmişdir. Əgər qarşısında gedən avtomaşın gözlənilmədən dayanmasaydı və o, avtomaşınla onun sol tərəfindən keçməsəydi, avtomaşınlarının mütləq toqquşar və həm avtomaşınlarının maddi ziyan dəyər, hətta özü də bədən xəsarəti almaqla daha ağıq yol-nəqliyyat hadisəsi baş verə bilərdi. O, baş verə biləcək belə ağır hadisənin qarşısını almaq məqsədilə çıxılmaz vəziyyətdə qalaraq qarşısında dayanmış avtomaşını ötüb keçməyə məcbur oldu və yolun orta xəttini tapdaladı. Məhkəmə iclasında şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsinin DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin DYP-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, X2 ifadəsində VAZ-2104 markalı avtomaşın yolun sağında dayanmasını bildirsə də, özünün təqdim etdiyi fotolara baxdıqda, həmin avtomobilin sağında qalan əşyalara münasibətdə yəni, hasara, ağaclara, yol nişanına və s. əşyalara münasibətdə VAZ-2104 markalı avtomaşının hərəkətdə olması müəyyən edilir. Ona görə ki, birinci fotota olan yuxarıda göstərilən əşyalar ikinci fotada müşahidə olunmur. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olumaslı qanuna müvafiqdir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 25425775 nömrəli qərar ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 25425775 nömrəli qərar ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar