Məhkəmə qərarları › İş №3(027)-520/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-520/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-520/2024 12.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İqriq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:25 radələrində Quba şəhərinin Maksim Qorki küçəsində “Şah Hous” çay evinin qarşısında nalayiq söyüşlər söymüşdür. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 11 iyun 2024-cü il tarixli, MN 1603653-3023 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X4 bildirdi ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:25 radələrində telefonla ətrafı çəkərkən, polis əməkdaşları ona yaxınlaşaraq telefonu əlindən alaraq, ona çəkiliş etməli olmamasını bildirmişlər. O, polis əməkdaşlarına çəkilişi siləcəyini desə də polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. O, həmin vaxt nalayiq ifadələr işlətməmişdir. Onun nalayiq söyüşlər söyməsi barədə inzibati məsuliyyətə cəlb edilməsi düzgün deyildir. Barəsində İXM-nin 510-cu maddəsilə tərtib olunmuş protokolla qətiyyən razı deyil. Ona görə də hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:25 radələrində Quba RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı Sahil Əhmədovla birlikdə Quba şəhərinin Maksim Qorki küçəsində xidmətdə olduğu zaman, Şəxs onlara yaxınlaşaraq, istifadəsundə olan mobil telefonla onları videoya çəkmişdir. Bu zaman ona xidmətdə olduqlarından onları videoya çəkməməsini bildirdikdə, “yaxşı edirəm deyərək” ucadan kobud şəkildə danışmağa başlamış və nalayiq söyüşlər söymüşdür. Həmin zaman ətrafda olan başqa şəxslərin diqqətini özünə çəkərək ictimai qaydanı pozmuşdur. Bu zaman onu nizam intizama dəvət etsələr də o, həmin hərəkətlərə davam edərək, onların xidmətinə mane olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi və protokolu tərtib edən şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək barəsində 04 (dörd) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 11 iyun 2024-cü il tarixdən, saat 20:20-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar