Məhkəmə qərarları › İş №3(027)-523/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-523/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-523/2024 14.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu X3 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti X4 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair tərtib edilmiş 30 may 2024-cü il tarixli, MN ******* nömrəli qərarını ləğv edərək, barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət X5 geri qaytarılmalıdır. Belə ki, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair tərtib edilmiş 30 may 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətinin ona rəsmi qaydada nə vaxt verildiyini qeyd etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd edilən halın işə baxılarkən tamamlanması mümkün olmadığından, şikayət X5 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayət və ona əlavə olunmuş sənədlər X5 qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar