Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-525/2020 24.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl RPŞ-nin rəis müavini, polis polkovnikleytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və həqiqətə uyğun olmadığına görə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl rayon polis şöbəsinin rəisi, Müqalib Abdıyev tərəfindən ünvanına xx xxxx 2020-ci İİ tarixdə daxil olmuş xx xxx 2020-ci il tarixli 163-90003-1220 saylı məktubda qeyd edilmişdir ki, guya o-X3, xx xxxxx 2020-ci il tarixdə icazə almadan yaşayış yerini tərk edərək Göygöl rayonunun Aşıqlı kəndi ərazisinə gələrək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri qaydalarını pozduğuna görə, barəmdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, Göygöl rayon Polis şöbəsi tərəfindən inzibati protokol tərtib edilmiş və 100 manat məbləğində inzibati cərimə olunmağı barədə qərar qəbul edilmişdir. Eləcə də həmin məktubda nəzərinə çatdırılmışdır ki, təyin olunmuş cəriməni aidiyyəti üzrə “xxxxxxxxxxxx” ASC-yə ödəyib qəbzi təqdim etmədiyi halda, barəsində toplanmış inzibati xəta haqqında material, məcburi ödənilməsi üçün Quba rayon icra və Probasiya şöbəsinə göndəriləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon icra və probasiya şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə ünvanına daxil olmuş xx xxxx 2020-ci il tarixli 78571/20-06 saylı tələbin könüllü icrası haqqında bildirişdə qeyd edilmişdir ki, o, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmiş və cərimənin 15 gün müddətinə bank vasitəsi ilə dövlət büdcəsinə ödəməklə, ödəniş qəbzini Quba rayon icra və probasiya şöbəsinə təqdim etməlidir. Həmin məktuba əlavə edilmiş xx xxxx 2020-ci il tarixli icraata başlamaq haqqında tərtib edilmiş qərarda, onun Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məıbləğində cərimə olunmağı, qeyd edilən cərimə məbləğinin 15 gün müddətində könüllü olaraq icrasının təmin edilməsi bildirilmişdir. Quba rayon icra və probasiya şöbəsindən xx xxxx 2020-ci il tarixdə ona təqdim edilmiş, inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixdə tərtib edilmiş ******* MN № li qərarın, Göygöl rayon polis şöbəsinin rəis müavini, polis polkovnikleytenantı X5 tərəfindən çıxarılaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 114.1.1ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar verildiyi göstərilmişdir. Onun barəsində çıxarılmış xx xxxxx 2020-ci il tarixli ******* MN № li qərardan məlumatı olmamış və o ömrü boyu Quba şəhərində yaşamaqla, heç bir vaxt Göygöl rayonu ərazisində olmamışdır. Odur ki, Göygöl rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı X2 hansı məqsədlə, onu görmədən, tərtib edilmiş sənədlərə imza etdirmədən barəsində qərar qəbul etməsi, sadəcə olaraq vəzifə saxtakarlığından başqa bir şey deyildir. O, xx xxxxx 2020-ci il tarixdə Quba şəhərində olmuş və evdən küçəyə çıxmamışdır. Bu faktı ailə üzvləri də bir daha təsdiq edə bilər. O, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Göygəl rayon polis şöbəsinin rəisi, Müqalib Abdıyev tərəfindən ünvanımna xx xxxx 2020-ci il tarixdə daxil olmuş xx xxx 2020-ci il tarixli 163-90003-1220 saylı məktubu aldıqdan dərhal sonra bu barədə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin "102 xidməti"nə zəng edərək məlumat versə də, buna əsas olmadan, barəsində Göygöl rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı X5 tərəfindən inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixdə ******* MN № li saxta qərar çıxarılmışdır. Odur ki, həmin qərar qanunsuz və saxta olduğuna görə ləğv edilməlidir. Onu da bildirmişdir ki, o, barəsində saxta qərar çıxarmış olan Göygöl rayon polis Şöbəsinin rəis müavini, polis polkovnlk-leytenentı X5 barəsində müvafiq olaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə müraciət edəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərar və protokolun ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərar və protokolun ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozaraq Göygöl rayonu, Aşıqlı kəndinə gəlmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-525/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-525/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver