Məhkəmə qərarları › İş №3(027)-528/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-528/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-528/2024 14.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Şəxs barəsində Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə inzibati xəta haqqında xx.xx.2024cü il tarixli MN 1603530-3028 №li, MN 1603588-3025 №li və MN 1603587-3026 №li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində Quba şəhəri, Fətəlixan küçəsində polis əməkdaşlarına qarşı nalayiq küçə söyüşləri söymüş, həmin tarixdə və ünvanda polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və xx.xx.2024-cü il tarixdə Xaçmaz RMX-da keçirilən müayinə zamanı götürülmüş onun narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair işə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-527/2024 №li, 3(027)-528/2024 №li və 3(027)-529/2024 №li iş bir icraatda 3(027)-529/2024 nömrə ilə birləşdirilərək icraata qəbul edilməli və tərəflərin iştirakı ilə dərhal baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair işə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-527/2024 №li, 3(027)-528/2024 №li və 3(027)-529/2024 №li iş bir icraatda 3(027)-529/2024 nömrə ilə birləşdirilsin və icraata qəbul edilərək və tərəflərin iştirakı ilə dərhal baxılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar