Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-528/2025 21.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Şəxs barəsində inzibati protokol tərtib edilmişdir ona görə ki, inzibati xətalar haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmişdir. İş materiallarını tədqiq edərək, hesab edirəm ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EQ ******* saylı elektron qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında iş baxılmağa hazırlanarkən “AsanPay” rəsmi internet saytında xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərar üzrə cərimənin yoxlanılması zamanı cərimənin ödənildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddənin tərkibini yaradır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi Azərbaycan Respublikası İXM 109-cu maddəsilə tənzimlənir. Qeyd edilən Məcəllənin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, hesab edirəm ki, hazırki inzibati material üzrə protokolun tərtib olunmasına əsas olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərar üzrə cərimə həmin inzibati xəta haqqında işin baxılmağa hazırlanmasınadək ödənildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs tərəfindən məhkəməyədək xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati qərar üzrə cərimə ödənildiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-528/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-528/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver